Ailə mühitinin pozulması

Ailə mühitinin pozulması
Qadın və Din
10.09.2017 10
Ailə münasibətlərində qara nöqtə yaranarsa, ər və arvadın hər ikisi onu
aradan qaldırmaq üçün məs`uliyyət daşıyırlar. Mə`sum İmamların (ə)
hədislərində oxuyuruq: Əgər ailədə ixtilaf baş verərsə, dərhal onu
aradan qaldırın və münaqişəni həll etməyincə və bir-birinizdən razı
qalmayınca gecəni sübh etməyin. Kiçik və cüz`i ixtilaflar üst-üstə
toplanaraq ailədə böyük çətinliklər əmələ gətirir ki, bunun sonu ya
boşanmaya, ya da əzab-əziyyətli yaşayış və acı həyatla qurtarır.
Münaqişənin boşanma ilə sona yetməsi Allahın ən çox qəzəbləndiyi
işlərdən biridir.( Bu, Peyğəmbərdən nəql olunan bu hədisin məzmunudur
("Vəsailüş-şiə”, 14-cü cild, səh.266)) Əgər yaşayış acı həyata səbəb
olarsa, insan üçün işgəncəli zindandan belə pisdir. Hər iki halda övlad
həyatının xətərə uğraması qətidir. Belə mühitdə böyüyən uşaqlar çox vaxt
ruhi xəstəlik və ya müxtəlif günahlara düçar olacaqlar. Ərə getməkdə
çətinlək çəkən, uşaq böyütməkdə, ailə saxlamaq bacarığı olmayan qızlar,
həmçinin əsəbi, bəd əxlaq, mədəniyyətsiz, tünd və kobud xasiyyəti olan
oğlanlar adətən bu cür ailələrdə böyümüşlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!