Qadın və kişinin fitri məhəbbəti

Qadın və kişinin fitri məhəbbəti
Qadın və Din
10.09.2017 16
İlahi fitrət baxımından Allah ər-arvad arasında əvvəldən məhəbbət
yaratmışdır. Lakin çox vaxt insanlar öz səhvləri ilə bu məhəbbətə zərbə
endirirlər.

"Bu Allahın məhəbbət nişanələrindəndir ki, aramlıq
tapmağınıza sizin üçün öz cinsinizdən yoldaş yaratdı ki, bir-birinizlə
ünsiyyətdə olasınız və sizin aranızda dostluq, mehribanlıq bərqərar etdi
(ki, həqiqətdə yaşayış, asayiş, rahatlıq və xoşluq buna arxalanır).
Həqiqətən bunda düşünənlər üçün ilahi hikmət və dəlillər vardır.”( "Rum”
surəsi, аyә:21)

Yaşayışda mənfi fikirlər, bədbinliklər,
anlaşılmamazlıqlar, dil yaraları yaranarsa, Allah verən məhəbbət
donacaqdır. Çünki kiçik dil yarası, səhvləri üzə vurmaq və s... fitri
məhəbbəti aradan aparmaq üçün böyük səbəblərdən biri hesab olunur. Bu
cəhətdən İslamda kişilərə sifariş olunub ki, qadınlarına sevgi və
məhəbbət bəsləsinlər. Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih)
bu barədə belə buyurmuşdur:

"Kişinin öz arvadına dediyi "mən səni sevirəm, mən səni çox istəyirəm” sözü heç vaxt onun qəlbindən çıxmaz.”

İmamların (əleyhissalam) rəftar və davranışlarını örnək edib, əfv və kəramət adətlərini özünüzə əsas və sənəd qərar verin.”

Bunun ailə mühitindəki nəzmin möhkəmliyi və uşaqların düzgün tərbiyəsinə lazım ola biləcək müsbət tə`siri vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!