Yoxsulluq evlənməyə maneə olmamalıdır

Yoxsulluq evlənməyə maneə olmamalıdır
Qadın və Din
10.09.2017 21
İslam valideynləri, habelə onların simasında bütün insanları öz qız və oğlanlarını evləndirməyə sövq edir:

"Ərsiz
arvadları, kənizləri və arvadsız kişiləri və öz layiqli qullarınızı
(mö`minlər arasında, arvadsız kişi və ərsiz arvad qalmasın deyə)
bir-biri ilə evləndirin. Əgər arvad və ya kişi kasıb olarsa, Allah Öz
məhəbbəti ilə onları ehtiyacsız edəcəkdir. Allah bəndələrinin halından
agahdır və Onun rəhməti böyük və tükənməzdir.”( "Nur” surəsi, ayə:32)

Bu
şərif ayə demək istəyir ki, kasıblıq evlənməyin qarşısına sədd
çəkməməlidir. Əks halda bu şeytan vəsvəsəsidir. Şeytanın və`dəsindən
qorxmaq isə, həqiqətdə mehriban Allah barəsində sui-zənn etməkdir.
Allaha qarşı bədgüman olmaq haramdır. Allah evlənən yoxsullara, onların
çətinliklərinini aradan qaldıracağına və onları Öz köməkliyi ilə
ehtiyacsız edəcəyinə söz vermişdir.(İmam Sadiq (əleyhissalam) buyurur:
"Hər kəs yoxsulluq qorxusundan evlənsə, deməli Allah Taalaya qarşı
sui-zənn etmişdir. Hansı ki, Allah Taala buyurur: "Allah Öz lütfü ilə
oları ehtiyacsız (zəngin) edəcəkdir.” ("Mən la yəhzurul-fəqih”
kitabından.))скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!