Ailə məsuliyyəti

Ailə məsuliyyəti
Qadın və Din
10.09.2017 5
Bu məs`uliyyət sadalanan məs`uliyyətlərin ən ağırıdır. Bu vəzifənin
müxtəlif cəhət və proqramları ilə yaxından tanış olaraq, onların yerinə
yetirilməsində Allah hökmlərinə, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və
alih) və Mə`sum İmamların (əleyhimussalam) şəriət–yaşayış qaydalarına
əsaslanaraq geniş surətdə diqqət edib çalışmaq gərəkdir.

İslam
dininin yarandığı ilk vaxtlardan Cəhənnəm əhlinin əzabı barəsində bir
ayə nazil olmuşdur. Belə ki bu cür əzaba düçar olmalarının qorxusundan
bir neçə cavan öz adi yaşayışlarından əl çəkərək səhraya üz tutdular.
Onlardan biri, bir daha öz həyat yoldaşı ilə birlikdə yatmayacağına,
qadınla təmas tutmayacağına söz verdi. İkincisi camaatla əlaqəni
birdəfəlik kəsəcəyinə, üçüncüsü isə heç vaxt ləzzətli yeməklər yeməməyi
qərara alır.

Bu üç nəfərin həyat yoldaşları, Peyğəmbər (səlləllahu
əleyhi və alih)-in yanına gələrək öz ərlərinin vəziyyətlərini ona
danışdılar. Həzrət bu macəranı eşitdikdə narahat olub, tez məscidə
tələsir. Evdən elə tə`cili halda çıxır ki, əbası yerlə sürünür. Məhz elə
bu halətdə "qeyri-adi vəziyyəti” aydınlaşdırmaq üçün camaatı məscidə
yığaraq belə buyurur: "Mən sizin peyğəmbəriniz olmaqla bərabər həm
evlənmiş, həm yemək yeyir, həm də bədənimin qayğısına qalıram. Günümü
camaat arasında keçirməklə sizinlə ünsiyyətdəyəm. Hər kim mənim yaşayış
tərzimdən üz döndərsə məndən deyil.”(" Sunənin-Nəbi ” (mərhum Əllamə
Təbətəbai), səh.147; "Biharul-әnvar”, (Әllamə Мәclisi) 22-ci cild,
səh.124.)

Müqəddəs Qur`an da bu barədə buyurur:

"Dul qadınlar,
arvadsız kişilər, ləyaqətli və xoşrəftar kənizlərinizi, bir-birinizlə
evləndirin! Əgər onlar yoxsul olsalar Allah Öz rəhmət və fəzli sayəsində
onları ehtiyacsız edər. Allah çox əta edən və (geniş rəhmət və fəzilət
sahibi, bəndələrinin halından) agahdır.”( "Nur” surəsi, ayə:32)

Mə`lum
olur ki, yoxsulluq Peyğəmbər şəriətindən uzaqlaşmaqla
nəticələnməməlidir, əksinə evlənib ailə qurmağın özü ruzinin artması
səbəblərindən biridir. Bütün bunlarla yanaşı ailə məs`uliyyəti çox ağır
və həssasdır. Ailə saxlamaq və uşaq tə`lim-tərbiyəsi xüsusi qayda-qanuna
malik olub, ailə böyüklərinin hər birinin öhdəsində öz vəzifələri
vardır. Ailə üzvlərinin mehriban olmasının yeganə yolu bu vəzifələri
düzgün yerinə yetirməkdən ibarətdir.( "Təhrim” surəsi, ayə:6)

"Ey
iman gətirənlər, (Allah hökmlərinə tabe olmaqla) özünüzü və ailənizi
yanacağı insanlar və daşlar olan oddan (Cəhənnəm odundan) qoruyun!” (
"Zumər” surəsi, ayə:15)

"Həqiqətən ən çox zərər görmüş şəxslər
onlardır ki, həm özləri, həm də ailələrini (pis, düzgün olmayan tərbiyə,
yaxud təlim-tərbiyədə süstlük səbəbinə əsasən) Qiyamət günü ziyana
saldılar. Agah olun! Aşkar ziyankarlıq elə budur!”(" Zumər” surəsi,
ayə:15)

Bu kitabda ailə saxlamağın müxtəlif vəzifə və
qayda-qanunundan geniş surətdə söhbət açacağıq. Arvadın ər, ərin arvad,
övladın ata-ana, onların da övlad qarşısındakı vəzifələrini hərtərəfli
araşdırmaqla yanaşı, eləcə də ailə mühitinin mə`nəvi dəyərlərini
lazımınca saxlamağı öyrənəcəyik. Ailənin ruhdan düşərək mə`nəvi şəraitin
soyuması uşaq, qadın və kişinin həyatında ən böyük dərddir.
Övladlarımızın pis mühitdə böyüməsi, ürək sıxıntısı, ruhi xəstəliklərə
və başqa müxtəlif narahatlıqlara düçar olmasının qarşısını almaq
hamımızın ümdə vəzifələrindən biridir. Övladlarımız ailənin bu
çatışmazlıqları ilə gərək ictimaiyyətə qədəm qoymasınlar, çünki bu addım
insan cəmiyyətinin faciəsi və məhvinin başlanğıcıdır.

"Allahın
nişanələrindən biri budur ki, sizin üçün özünüzdən həyat yoldaşı yaratdı
ki, onunla birlikdə rahatlıq tapasınız və sizin aranızda mehr-məhəbbət
və rəhmət qərar verdi. Bu iş üzərində fikirləşənlər üçün (hikmət və)
nişanələr vardır.("Rum” surəsi, ayə:21)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!