İslamda boşanma

İslamda boşanma
Qadın və Din
10.09.2017 14
Peyğəmbərdən (s.ə.s) nəql olunan hədisdə buyurulur: "Allahın ərşi bir
neçə halda lərzəyə gələr, onlardan biri də talaq verildiyi zamandır".

Bütün məsələlərdə olduğu kimi, dinimiz talaq üçün də bir sıra göstərişlər müəyyən etmişdir:

* talaq verən ər yetkinlik yaşına çatmalı və ixtiyarı öz əlində olmalıdır.

*
talaq sözünü boşama niyyəti ilə deməlidir. Yəni zarafat və bu kimi
səbəblərdən deyilən talaq sözləri tərəflərin boşanmasına səbəb olmur.

* talaq vaxtı qadın heyz və nifas vəziyyətində olmamalı və əri həmin vaxt ərzində onunla yaxınlıq etməməlidir.



Heyz və nifas halında qadına verilən talaq üç halda düzgündür:

Əri evlənəndən sonra onunla yaxınlıq etməmiş olduqda.

Qadın
hamilə olduqda. Qadının hamiləliyi məlum olmadığı halda əri ona heyz
halında talaq verdikdə, amma sonradan hamilə olduğu məlum olduqda eybi
yoxdur.

Ər uzaq səfərdə olub qadının pak olmasından xəbər tuta bilmədikdə.

1.
Əgər ər həyat yoldaşının heyz qanından pak olduğunu hesab edib ona
talaq verərsə və sonradan talaq vaxtı onun heyz halında olduğunu başa
düşərsə talaq batil olar. Amma qadının heyz halında olduğunu hesab edib
talaq verərsə və sonradan onun pak olduğu məlum olarsa verilən talaq
doğru olar.

2. Əgər ər həyat yoldaşının heyz və nifas halında
olduğunu bilib uzunmüddətli səfərə çıxarsa və ona talaq vermək
istəyərsə, bunu yalnız qadının pak olacağına əmin olduğu müddətdə edə
bilər.

3. Əgər ər heyz və nifas qanından pak olan həyat yoldaşı ilə
yaxınlıq etdikdən sonra talaq vermək istəyərsə, gərək onun ikinci dəfə
heyz qanı görüb paklanmasını gözləsin. Həmçinin, ər onunla heyz və nifas
halında yaxınlıq edərsə, ehtiyata əsasən, sonrakı paklıqda da (o
paklıqda onunla yaxınlıq etməmiş olsa belə) ona talaq verə bilməz. Lakin
hamilə qadın onunla yaxınlıq etdikdən sonra talaq verilə bilər. Qadının
aybaşı yaşı keçdikdə də eyni qayda tətbiq olunur. Yaxınlıq edəndən
sonra talaq verilərsə, eybi yoxdur.

Əgər ər heyz və nifas qanından
pak olan həyat yoldaşı ilə yaxınlıq edib həmin yaxınlıq müddətində talaq
verərsə və sonra talaq verdiyi vaxt hamilə olduğu məlum olarsa, eybi
yoxdur.

Əgər ər heyz və nifas qanından paklanan həyat yoldaşı ilə
yaxınlıq edib sonra səfərə çıxarsa və səfərdə ikən talaq vermək
istəyərsə, qadının, adətən, (həmin müddətdən sonra) paklıqdan sonra qan
görüb yenidən pak olduqları qədər gözləməlidir. Yaxşı olar ki, bu müddət
bir aydan az olmasın.

Ər heyzin qabağını almaq məqsədilə dərman
qəbul edən həyat yoldaşına talaq vermək istəyərsə, onunla yaxınlıq
etdiyi vaxtdan etibarən üç ay müddətində yaxınlıqdan çəkinməli, sonra
talaq verməlidir.

Talaqın sözləri ərəb dilində düzgün tələffüz
olunmalıdır. Yaxşı olar ki, iki nəfər ədalətli şəxs də verilən talaqı
eşitsin. Ər özü talaqın sözlərini oxumaq istəyərsə deməlidir: "Zəucəti
... (həyat yoldaşının adı) taliqun". Məsələn, "Zəucəti Fatimə taliqun".
Başqası onların talaqını vermək istəyərsə deməlidir: "Zəucəhu muvəkkili
Fatimətu taliqun"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!