Ev insanın xoş əxlaq, mehriban olması və düzgün tərbiyə alması üçün ilk məktəbdir

Ev insanın xoş əxlaq, mehriban olması və düzgün tərbiyə alması üçün ilk məktəbdir
Qadın və Din
10.09.2017 47
Ev şəraiti uşaqların bir-birini düşünmək, məhəbbət, güzəşt və
səfa-səmimiyyəti dərk etmələri üçün ilk insaniyyət sinfi olmalıdır ki,
bütün bu sadaladıqlarımız orada öyrənilir. Evi ata-ananın dava-dalaş
məskəninə çevirmək düzgün deyildir, çünki bu iş, uşaqların ən ümdə və
mühüm olan mütləq hüququnu aradan aparır. O zaman övladlarınıza olan
birinci böyük zülm öz tərəfinizdən hesab olunmazmı? Onların bədbəxt
olmaları öz əlinizlə olmamışdırmı?!

Ata və ana ayıq surətdə, diqqət
etməlidirlər ki, onların evdəki kiçik bir əməl və ya rəftarı uşaqların
tərbiyəsinə birbaşa tə`sir qoyur. Övlad şəxsiyyətinin formalaşmasının ev
mühitindən başlaması bir həqiqətdir. Əgər bu mühüm məsələdə süstlük
göstərsək, aşağıda qeyd olunan Qur`an ayəsi bizə aid olacaqdır:

"Ey
Peyğəmbər, de: O kəslər ziyan-kardırlar ki, özləri və yaxın adamlarını
(həyat yoldaşı və övladlarını) Qiyamət günü əbədi zərər və ziyana
salarlar. Agah olun! Bu aşkar bir ziyandır.”( "Zumәr” surəsi, аyә:15)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!