Həzrət Əlinin (ə) şəhadəti

Həzrət Əlinin (ə) şəhadəti
Qadın və Din
10.09.2017 26
Mübarək Ramazan ayının 19-cu gecəsi Həzrət li(ə) Ibn Mülcəm(l)-in əli ilə zərbətləndi. Hicrətin 40-cı ilində bir sıra xəvaric Məkkədə öz aralarında qərar qoydular ki, Ramazan ayının 19-cu gecəsi Misirdə mr ibn Ası, Şamda Müaviyəni, Kufədə isə Imam lini(ə) sübh namazında öldürsünlər. Onlar üç nəfəri öz aralarında tə’yin etdilər. mr ibn Ası öldürməyi Bəkr ibn mr, Müaviyəni öldürməyi Abdullah ibn Həccac, lini(ə) öldürməyi isə bdürrəhman ibn Mülcəm(l) boynuna götürdü.



Ibn Mülcəm bu məqsədlə Kufəyə gəldi. Lakin öz gəlişinin məqsədini heç kəsə bildirmədi. O, Kufədə Quttamə adlı gözəl bir qızın evində qaldı. Onun gözü Quttaməyə düşdü və onunla evlənməyi qərara aldı. Ibn Mülcəm ona öz fikrini bildirdikdə Quttamə üç şərt əsasında razılaşaraq dedi: " gər mənimlə evlənmək istəyirsənsə, mənim mehriyyəm 3000 dirhəm pul, bir kəniz və linin qanıdır.” li(ə) onun atası və qardaşlarını Nəhrəvan müharibəsində öldürdüyü üçün kin-küdurəti qəlbində coşub daşmışdı. Ona görə də lini(ə) öldürmək istəyirdi. Ibn Mülcəm onunla razılaşdı və Kufəyə gəlməkdən məqsədini ona bildirdi ki, mən Kufəyə yalnız lini öldürmək üçün gəlmişəm.



Nəhayət, Ramazan ayının 19-cu gecəsi gəlib çatdı. O gecə li(ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi.



O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: "Ilahi, ölümü mənə mübarək et!” Imam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. "And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin və’də verilmiş gecədir.”



Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər Imamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də Imamın ölməyini istəmirdilər. Imam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da Imamın məscidə getməsini istəmirdi. Nəhayət, Imam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət li(ə) onu yuxudan oyadıb buyurdu: "Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar.” Sonra Imam sübh namazını qılmaq üçün ibadət mehrabına keçdi. Namazı başlandı. Imam başını səcdədən qaldıran kimi, Ibn Mülcəm zəhərli qılıncı Həzrətin mübarək başına endirdi. Imam li(ə) buyurdu: "And olsun Kə’bənin Rəbbinə, azad oldum!” Məscidin mehrabı al qana boyandı.



li şəqqül-qəmər mehrab tilitqan,

Qulaq ver, məscid oxşar, mənbər ağlar.

Yazanda Ali Taha nohəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.

lidən Şəhriyar, sən bir işarə,

Qucaqlar qəbrin Malik ştər ağlar.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!