Ramazan bayramınız mübarək!

Ramazan bayramınız mübarək!
Qadın və Din
10.09.2017 9
Dünya müsəlmanlarını və bütün dünya Azərbaycanlılarını Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirik.

Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır.On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq  oruc tutur,namaz qılır, axşamlar isə iftar açaraq yenə namaz qılaraq Allah qarşısında mənəvi borclarını yerinə yetirdilər.

Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər.Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Hədisdə buyurulur: "Fitr bayramı günü möminləri səsləyərlər: "Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”

Müqəddəs Ramazan Bayramınız Mübarək! On bir ayın sultanı olan Ramazan ayı münasibəti ilə hər kəsi təbrik edirik! Uca Tanrı hər kəsin ibadətini,istəyini və dualarını qəbul etsin!

Ramazan bayramı hər bir müsəlmanın sevincinə səbəb olsun və bu bir ay ərzində edilən bütün xeyirxah dualar gələn Ramazana qədər gerçəkəşsin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!