O kəlamdan bir qədərini mənim üçün oxu

O kəlamdan bir qədərini mənim üçün oxu
Qadın və Din
10.09.2017 6
Quranın oxunmasıın adi hal olması səbəb olmuşdur ki, biz bu nurani ayələrin mənalarına diqqət etməyək. Quranı oxuyan zaman ayələrin nurunu qəlbimizə nazil etmirik. Qəlbimizi Quranın qəlbi ilə həmahəng etmirik.



 Əbdülməlik Əsmə Bəsri ikinci və üçüncü hicri ilinin ədiblərindəndir ki, ərəb lüğətinin təməlini qoyub, ərəb dilinin sərf və nəhvinin mərcələrindən sayılır. Onun çox sayda kitabı yadigar qalmışdır. (Erfan)

Əsmə ərəb lüğətini tapmaq və düzgün tələffüzü üzə çıxartmaq üçün bir diyardan başqasına səfər edərdi. Xüsusilə də səhrada yaşayan insanlarla ünsiyyətdə çox olardı. Bu sayədə dillərin və ləhcələrin mənbəyini tapır və eşidilməmiş ərəb ləhcələrini üzə çıxardıb, qeydə alır. Təbiidir ki, bu cür uzun araşdırmasında çox sayda insanlarla tanış olub, çox sayda hadisəyə şahid olmuşdu.

Əsmə nəql edir: "Bir gün Bəsrə məscidindən çıxdım və küçələrin arası ilə yol gedirdim. Birdən səhrada yaşayan bir ərəbi gördüm. Cavan dəvəsinə minmiş, qılıncı belində, kamanı da əlində idi. Məni görən kimi yaxınlaşıb salam verdi və dedi:

- Hansı tayfadansan?

Dedim ki, Bəni Əsmədən.

- Əsməsən?

Dedim: Bəli.

Dedi:

- Haradan gəlirsən?

Dedim: O yerdən ki, Rəhman Allahın kəlamını oxuyurlar.

Dedi:

- Məgər Rəhman Allahın kəlamı vardır ki, insanlar onu oxuya bilirlər?

Dedim: Bəli.

Dedi:

- O kəlamdan bir qədərini mənim üçün oxu.

Dedim: Dəvədən düş aşağı.

O, dəvədən düşdü və mən "Zariyat" suyrəsindən oxumağa başladım. "Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir". ("Zariyat" 22).

Dedi:

- Ey Əsmə! Bu oxuduğun Allahın kəlamı idi?

Dedim: Bəli. Bu kəlam Həzrət Muhəmmədə (s) nazil olmuşdur.

Yerindən qalxdı və dəvəsinə tərəf getdi və onu kəsdi. Dərisi ilə əti bölüb dedi: "Mənə yardım et ki, onu insanlara paylayım". Biz bu əti payladıq və bitdi. Sonra qılıncı ilə kamanını götürüb sındırdı və dəvənin cənazəsinin yanına qoyub, səhraya yollandı. Bu ayəni oxuyur və gedirdi.

Mən öz nəfsimi danlamağa başladım ki, bu ərəb qədər həmin ayəni dərk edə bilməmişəm".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!