Qəzəbin 3 mənfi nəticəsi, bizə yardım edən 6 əməl

Qəzəbin 3 mənfi nəticəsi, bizə yardım edən 6 əməl
Qadın və Din
10.09.2017 3
Qəzəb hədislərimizdə atəşə bənzədilmişdir. Çünki əgər yüyəni boş buraxılarsa, insanın səadət köklərini yandırar və insanın dünya və axirətini bada verər. Hər bir nəfsani qüvvə əgər ağıl tərəfindən kontrol edilməzsə, insanı süquta tərəf sürükləyər. Bu cür nəfsani qüvvələrdən biri də qəzəb qüvvəsidir. Bu qüvvə əslində insanın həyatına ziyan vuran hadisələr qarşısında müdafiə qüvvəsidir. İnsan gərək qəzəb qüvvəsini tanısın və hadisələrin hansının düz və hansının yanlış olduğunu bilsin ki, bu qüvvədən yanlış yerlərdə istifadə etməsin. İmam li (ə) buyurur: "Qəzəbdən çəkinin ki, o, yandırıcı atəşdir". Aqil insan hər bir şeyə qəzəblənməz. gər qəzəblənərsə də, onu yatızdırmağı bacarar. İmam li (ə) başqa yerdə buyurur: "Gec qəzəblənən ol, qəzəbini tez yatızdır və üzr istəməyə meylli ol". Bəli, hədislərimizin də buyurduğu kimi qəzəb yandırıcı atəşdir. Hər kim onu azad buraxar bu atəşdə yanan ilk kəs olar. Qəzəbin pis nəticələrinə nəzərə salaq:



1. Ağlı qaraldar. İmam li (ə) buyurur: "Qəzəb ağılları məhv edər və insanı düz yoldan uzaqlaşdırar".



2. Viranedicilik. Qəzəbli insanı yüyəni boş buraxılmış və ağzından od püskürən, zəncirdən açılmış vəhşi heyvana bənzətsək, səhv etmərik. İmam li (ə) buyurur: "Şiddətli qəzəb məntiqi dəyişdirər, dərkin və başadüşmənin aradan getməsinə səbəb olar".



3. Peşmançılıq. Qəzəb şöləsi yatmağa başlayan kimi insanın ağlı işə düşməyə başlayar. İnsan etdiklərinə görə təfəkkür edər. Qəzəblənən zaman etdiklərini ölçüb-biçər. Hər bir baş verən hadisəni zehnindən keçirdər. gər kiməsə ziyan vurubsa və ya nalayiq sözləri ilə kiminsə qəlbini sındırıbsa, peşman olar. Özünü danlayar, ancaq bu peşmançılıq fayda verməz. Qətllərin bir çoxu məhz insan qəzəblənən zaman baş verir və özünə gələn zaman da peşman olur. İmam li (ə) buyurur: "Qəzəbdən uzaq ol ki, başlanğıcı dəlilik və sonu peşmançılıqdır".



Bəs qəzəblənən zaman nə edək? Din alimlərinin bizə qəzəbimizi yatızdırmaqla bağlı 6 tövsiyə vardır ki, ona işarə edək:

1. Şeytanın vəsvəsəsindən Allaha pənah aparmaq. Yəni, deyəsən: " ذﻮُﻋَأ ُ ﻪﱠﻠﻟﺎِﺑ ِ ﻦِﻣ َ نﺎﻄْﯿﱠﺸﻟا ِ ِﻢﯿﺟﱠﺮﻟا " (" uzu billəhi minəş-şeytanir-racim"). Həzrət Peyğəmbər (s) qəzəblənən insanlara bu sözü deyərdi.

2. Soyuq su ilə dəstəmaz və ya qüsl almaq. Peyğəmbərimiz (s) buyurur: "Sizlərdən birinizi nə zaman qəzəb bürüsə, soyuq su ilə dəstəmaz alsın, çünki qəzəb - atəşdəndir".

3. Sükut etmək. İmam li (ə) buyurur: "Qəzəbi sükutla müalicə edin".

4. Vəziyyətini dəyişdirmək. gər əyləşibsə ayağa qalxsın, əgər ayaq üstüdədirsə əyləşsin. İmam Baqir (ə) buyurur: "Hər kim ayaq üstə olan zaman qəzəblənsə, tez əyləşsin. Bu işlə şeytanın vəsvəsəsi aradan gedər. gər əyləşibsə, tez ayağa qalxsın".

5. Qəzəbi yatızıdırmağın necə bəyənilən bir əməl olduğuna diqqət etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, qəzəbini saxlayar, Allah Öz əzabını ondan saxlayar".

6. Allahın böyük əzabını yada salmaq. Hər kim qəzəblənər, Allahın əzabına düçar olar. Onun əfvinə ehtiyac duyar. İmam Sadiq (ə) buyurur: "Tövratda yazılmışdır: "Ey Adəm övladı! Məni qəzəblənən zaman yada sal ki, sənə qəzəblənən zaman Özümün yadına salım"".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!