Yataqda olan adam namazı necə qılmalıdır?

Yataqda olan adam namazı necə qılmalıdır?
Qadın və Din
10.09.2017 18
Şəriətimiz həm sağlam, həm də xəstə adamların gündəlik namazları qılmasını əmr edir. Yataqda namaz qılan adamın çarpayısını gərək elə qoysunlar ki, ayaqlarının altı üzü qibləyə tərəf olsun.



Əgər yataqdakı yastığa söykənərək otura bilirsə, rüku zamanı əllərini dizlərinə qoyub bacardığı qədər irəli əyilsin və zikr desin. Səcdə üçün qabağına alçaq kətil qoyub üstünə səcdə etsin, əgər mümkün deyilsə möhürü əlinə götürüb alnına yapışdırsın və zikr desin. Əgər oturmaq da mümkün deyilsə, uzansınvə rüku üçün göz işarəsi etsin, yəni məsələn gözlərini yumub zikr desin. Səcdə zamanı möhrü alnının üzərinə qoyub zikr söyləsin. Dəstəmazı sərbəst ala bilmədiyi üçün başqasının ona kömək etməsi icazəlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!