Harda onun adını eşitsəz, o andaca salavat gətirin

Harda onun adını eşitsəz, o andaca salavat gətirin
Qadın və Din
10.09.2017 36
Sevimli Peyğəmbərimiz Həzrəti-Məhəmmədə (s.ə.s) Allah-Təala (c.c.) və mələkləri səlatü-salam edirlər.



Ona salam oxumaq bizə Allah-Təalanın əmridir. Ona Allahın səlatı dəstəkləməyidir, mərhəmətidir, müzəffər qılmasıdır; mələklərin səlatı Onun üçün dua etmələridir, Onu sevmələridir; Ona bizim səlatımız isə Yolunu tutmağımız, buyruqlarına əməl etməyimizdir. Bu mövzuda qısa bir söhbət söyləmək istəyirəm sevimli oxucularımıza. Və çox istərdim ki, oxuyanlar oxuduqları haqqında dərin düşünsünlər, ağlın qəbul etmədiyinə sərt reaksiya ilə "olmaz" deməsinlər. Yəni qəbul edən etsin, etməyən də etməsin, amma söz-söhbət çıxarmasın, lüzumsuz şeylər söyləməsin.



Ata-oğul uzaq bir səfərə çıxırlar. Yolda ata ölür. Həm də elə bir yerdə ki, nə gələn var, nə gedən. Oğul nə edəcəyini, atasını harada dəfn edəcəyini fikirləşərkən bir də baxır onun başı dəyişib bir heyvan başına çevrildi. Gəncin bir dərdi dönüb iki oldu: bu halda onu necə torpağa basdırsın, basdırmasın da neyləsin? Beləcə, atasının meyiti başında "Allah" deyə-deyə ağlamağa başlayır. O qədər ağlayır ki, zamanın necə keçdiyindən xəbər tutmur, yuxuda, ya ayıq olduğunu belə anlamır. Bir də görür ki, üzü ay kimi nurlu bir gənc gəldi, əlini uzadıb meyitin başına qoydu və baş əvvəlki halına döndü. Oğlan çox sevindi və nurlu gəncin əlinə-ayağına düşüb: "Ey Allahın sevimli bəndəsi, Sən kimsən?"-dedi. Həmin gənc də: "Mən Həzrəti Məhəmmədəm. Sənin atanın dünya həyatı o qədər də abad deyildi, amma bir xasiyyəti vardı ki, harda mənim adımı eşitsə, o andaca salavat gətirərdi. Mən də atanın bu halını və sənin fəryadını eşidib, Uca Rəbbimə üz tutdum və Onun izni ilə gəldim."



Bəli, O, içindən gərilərək Onu çağıran ümmətinin hayına yetişər. Onun adını ehtiramla anmaq, hər dəfə zikr etdiyimizdə və ya eşitdiyimizdə, heç olmasa, "əleyhissalam" və ya "Ona salam olsun!"- söyləmək əmin olun ki, boşa getməz və gün bir xəzinə kimi qarşımıza çıxar. Biz Ona layiqli ümmət ola bilsək, Onun ağalığının qüsursuz olduğuna şəhadət gətirərik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!