Birlikdə DUA edək

Birlikdə DUA edək
Qadın və Din
10.09.2017 27
Ey Rəbbim! bizimlə halımıza görə davranma. Öz İkram və ehsanına görə davran!

Ey Rəbbim! Kərəm və lütfünlə hidayət etdiyin qəlbi yenidən zəlalətə, azğınlığa meyl etdirmə. Bəlaları bizdən uzaqlaşdır və dəyişdir.

Ey əfvi çox olan. günahları örtən Rəbbim! O günahlara görə bizdən intiqam alma. Bizə əzab etmə!

Ey Rəbbim! Biz nəfs ilə seytana it kimi tabe olduqsa da, Sən əzab aslanını bizim üstümüzə salma!

Ey Həyy, əbədi diri olan Rəbbim! Sən kərəm sahibisən. Ey yaradılmışların ehtiyacını ödəyən Rəbbim! Sən varkən başqa bir şəxsi xatırlamaq və ondan bir şey ummaq doğru deyildir.

Ey Rəbbim Ruhumda bir elm qətrəsi var. Allahım Onu həva və həvəslə tən torpağından qoru!

Ey ehsanı çox olan Rəbbim! Cəfa içində keçib-gedən ömrə mərhəmət et!

Ey əfv etməyi sevən Rəbbim! bizi əfv et. Üsyan dərdimizə çarə qıl.

Ey yardım istəyənlərin yardımçısı! Bizi hidayət et.

Ey Rəbbim! Dua və yalvarışlarımıza Sənə layiq olmayan sözləri bilməyərək söyləyib xəta etdiksə, o kəlmələri Sən düzəlt və duamızı qəbul et. Çünki sözlərin hakimi və sultanı ancaq sənsən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!