Hicab haqqında Quranda yazılanlar!

Hicab haqqında Quranda yazılanlar!
Qadın və Din
10.09.2017 61
Mö´min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən
çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar
(və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna
olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.
naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər
(boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz
atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz
oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından,
yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud
öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik)
cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən)
xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan
uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini
(xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə)
vurmasınlar. Ey mö´minlər! Hamınız Allaha tövbə edin ki, nicat
tapasınız!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!