Quranı Tanıyaq

Quranı Tanıyaq
Qadın və Din
10.09.2017 13
Allahın endirdiyi bir kitabdır.



10:37. Bu Quran Allahdandır, başqası tərəfindən yalan olaraq
uydurulmayıb. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və Kitabı
açıqlayandır. Bunda heç bir şübhə yoxdur, aləmlərin Rəbbindəndir.

12:111. And olsun ki, onların qissələrində düşünənlər üçün ibrətlər
var. (Bu Quran) uydurulmuş bir söz deyil. Özündən əvvəlki kitabları
təsdiqləyən, hər şeyi fərqli üsullarla açıqlayan və iman edən bir
topluluq üçün hidayət və rəhmətdir.

13:1. Əlif, Lam, Mim, Ra. Bunlar Kitabın ayələridir. Və Sənə
Rəbbindən endirilən haqdır. Lakin insanların çoxu iman etməzlər. 

32:2. İçində heç bir şübhə olmayan bu Kitab aləmlərin Rəbbi tərəfindən endirilmişdir.

34:6. Özlərinə elm verilənlər Rəbbindən sənə endirilənin haqqın özü
olduğunu və üstün, güclü, tərif edilməyə layiq olanın (Allah) yoluna
yönəltdiyini görürlər.

39:1. (Bu) Kitabın endirilməsi, üstün və güclü olan hökm və hikmət sahibi olan Allahdandır.

40:2. Bu Kitabın endirilməsi Əziz və Alim olan Allahdandır. 

41:2. (Bu Quran) Rahman və Rahim olanın qatından nazil olub.

41:42. Batil, ona önündən də arxasından da gəlməz. (Çünki Quran)
Höküm və hikmət sahibi, çox tərifəlayiq (Allah) tərəfindən
endirilmişdir.

45:2. Kitabın endirilməsi, üstün və güclü olan hökm və hikmət sahibi Allahdandır.

46:30. Onlar dedilər: "Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra
nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola
yönəldən bir Kitab dinlədik!”

76:23. Həqiqətən də Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.



2. Bəşər Sözü Deyil

69:43-47. (O) Aləmlərin Rəbbindən endirilmişdir. Əgər o (Rəsul) bizə
qarşı bəzi sözlər uydurub söyləmiş olsaydı, şübhəsiz ki, biz onu
qüvvətlə yaxalar, sonra onun can damarını mütləq kəsərdik. O zaman
sizdən heç biriniz buna mane ola bilməzdiniz.



3. Digər Kitablardakı Haqqı Doğrulayan, Təsdiq və Teyid Edən bir Kitabdır.

5:48. (Ey Məhəmməd) Sənə də öncəki kitablardakı (haqqı) təsdiq edici
və onları qoruyucu olaraq Kitabı endirdik. Elə isə aralarında Allahın
nazil etdiyi ilə hökm et və sənə gələn haqdan uzaqlaşıb onların arzu və
istəklərinə uyma. Sizdən hər biriniz üçün bir şəriət və bir yol təyin
etdik. Əgər Allah diləsəydi sizi bir tək ümmət qılardı; lakin (bu) sizə
verdikləri ilə sizi sınaması üçündür. Artıq xeyirdə yarışın. Hər
birinizin dönüşü Allahadır. Haqqında anlaşılmağa düşdüyünüz şeylər sizə
bir-bir xəbər veriləcək.



4. Xəbərdar edib, Qorxudan bir Kitabdır.

6:19. De ki: "Kimin şahidliyi daha böyükdür?” De ki: "Allah mənimlə
sizin aranızda şahiddir. Sizi və onun çatacağı hər kəsi xəbərdar edib
qorxutmağım üçün mənə bu Quran vəhy edildi... 

6:92. Məhz bu (Quran) öncəki kitabları təsdiqləyici və şəhərlərin
anası (Məkkə) ilə ətrafındakıları xəbərdar edib qorxutmağım üçün
endirilmiş müqəddəs Kitabdır. Axirətə iman edənlər buna inanırlar. Onlar
namazlarına qarşı diqqətli davranarlar.

25:1. Aləmlərə xəbərdar edici və qorxuducu olsun deyə Furqanı endirən (Allah) nə ucadır. 

36:70. (Quran) Diri olanları xəbərdar edib qorxutmaq və küfrə düşənlərin üzərində sözün haqq olması üçün (endirilmişdir). 



5. Hidayət və Rəhmətdir

2:2. Bu, içində şübhə olmayan, müttəqilər üçün rəhbər olan bir Kitabdır.

5:16. Allah Onun rizasına uyanları bununla nicat yollarına çatdırır
və onları izni ilə qaranlıqlardan nura çıxarır! Onları doğru yola
yönəldir.

27:77. Və həqiqətən o, möminlər üçün bir hidayət və rəhmətdir. 

45:20. Bu (Quran), insanlar üçün bəsirət, doğru bir bilgiyə inanan qovum üçün də bir hidayət və rəhmətdir.



6. Mübin'dir (Açıq və Açıqlayan)

5:15.Ey Kitab Əhli, Kitabdan gizlətməkdə olduqlarınızın çoxunu sizə
açıqlayan və bir çoxundan da keçən (sizə bağışlayıb üstünü vurmayan)
elçimiz gəldi. Sizə Allahdan bir nur və açıq bir Kitab gəldi.

6:114. Allahdan başqa bir hakim qəbul edək? Halbuki O, sizə Kitabı
açıqlanmış olaraq nazil etmişdir. Onlara Kitab verdiklərimiz, bunun
həqiqətən Rəbbindən haqq olaraq endirilmiş olduğunu bilirlər. Bu halda
şübhəyə düşənlərdən olma. 

12:1. Əlif, Lam, Ra. Bunlar açıq olan Kitabın ayələridir. 

15:1. Əlif, Lam, Ra. Bunlar Kitabın və açıq olan Quranın ayələridir. 

22:16. Biz onu (Quranı) açıq ayələr olaraq nazil etdik. Şübhəsiz Allah, dilədiyini hidayətə yönəldir.

26:2. Bunlar açıq olan Kitabın ayələridir.

36:69 Biz ona (Rəsula) şeir öyrətmədik; (bu) ona yaraşmaz. O (Kitab) sadəcə bir öyüd və açıq olan bir Qurandır. 



7. Burhan’dır (Dəlil, Hüccət Və İçində heç bir şübhə olmayandır)

4:174. Ey insanlar, Rəbbinizdən sizə "şübhəsiz bir dəlil (burhan)” gəldi və sizə açıq-aydın bir nur (olan Quranı) nazil etdik.

6:149. De ki: "Ən "üstün və açıq-aydın” dəlil Allahdandır. Əgər O diləsəydi əlbəttə hammınızı hidayətə yönəldərdi.”

21:24. Yoxsa Ondan başqa ilahlarmı tapnmışlar? De ki: "Dəlilinizi
(burhan) gətirin. Budur mənimlə birlikdə olanların zikri və məndən
öncəkilərin zikri.” Yox, onların çoxu haqqı bilmir və ona görə də üz
döndərir! 

25:33. Onların sənə gətirdikləri elə bir örnək yoxdur ki, Biz (ona qarşı) sənə haqqı və ən gözəl izahı gətirməyək.

35:40. De ki: "Allaha şərik qoşduqlarınızı gördünüzmü? Söyləyin görək
yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə şərikləri var?”
Yoxsa Biz onlara Kitab vermişik ondan açıq bir dəlilə istinad edirlər?
Xeyir, zülm etməkdə olanlar, bir-birilərini aldatmaqdan başqa heç nə vəd
etmirlər.



8. Ziddiyyətsiz Bir Kitabdır.

4:82. Onlar hələ də Quran üzərində düşünmürlərmi? Əgər o, Allahdan
başqasının qatından olsaydı şübhəsiz ki, içində bir çox ziddiyyətlər
(ixtilaflar, təzadlar) görəcəkdilər. 

18:1. Kitabı quluna nazil edən və onda heç bir təzad yaratmayan Allaha həmd olsun.



9. Dəyişməz və Dəyişdirilməz bir Kitabdır

6:115. Rəbbinin sözü həm doğruluq, həm də ədalət baxımından
tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O
eşidəndir, biləndir. 

10:15. Onlara ayələrimiz açıq-aydın bir dəlil olaraq oxunduğu zaman
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər ki: "Bundan başqa
bir Quran gətir və ya onu dəyişdir”. De ki: "Mən onu öz istəyimlə
dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər
Rəbbimə üsyan etsəm şübhəsiz ki, mən böyük günün əzabından qorxuram. 

15:9. Şübhə yoxdur ki, Zikri (Quranı) biz endirdik. Biz də onu qoruyacağıq. 

18:27. Sənə Rəbbinin Kitabından vəhy ediləni oxu. Heç kim Onun
sözlərini dəyişdirə bilməz. Ondan başqa sığınacaq heç kim də yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!