Tövbənin fəziləti

Tövbənin fəziləti
Qadın və Din
10.09.2017 8
Allahın Peyğəmbəri salləllahu aleyhi və səlləm demişdir: "Sizdən əvvəlki
ümmətlərdən bir kişi doxsan doqquz adam öldürdü. Dünyada ən çox bilənin
kim olduğunu soruşdu və ona bir rahibi göstərdilər. Onun yanına gəlib
belə dedi: "Mən doxsan doqquz adam öldürmüşəm”. Həmçinin, soruşdu: "Buna
tövbə varmı?” O dedi: "Xeyr!” Həmin adam rahibi də öldürərək bununla
sayı yüzə tamamladı. Sonra dünyada ən çox bilənin kim olduğunu soruşdu
və ona bir alimi göstərdilər. Onun yanına gəlib yüz adam öldürdüyünü
dedi. Həmçinin, soruşdu: "Buna tövbə varmı?” O dedi: "Bəli! Kim tövbə
edənlə tövbəsi arasına girə bilər? İnsanların Uca Allaha ibadət
etdikləri filan yerə get, onlarla birgə Allaha ibadət elə və öz
torpağına qayıtma, çünki ora pis yerdir”. O yola düşüb yolun yarısına
çatmışdı ki, ölüm onu haqladı. Ona görə rəhmət və əzab mələkləri öz
aralarında mübahisə etməli oldular. Rəhmət mələkləri dedilər: "O tövbə edərək qəlbi ilə Uca Allaha tərəf gəlmişdir.” Əzab
mələkləri isə dedilər: "O həqiqətən heç bir xeyir iş görməmişdir”.
Onların yanına insan qiyafəsində bir mələk gəldi. Onu öz aralarında
hakim təyin etdilər. O dedi: "Bu iki məsafəni (gəldiyi yerdən bura və
buradan gedəcəyi yerə qədər) ölçün, hansına yaxın olarsa, ora da aiddir.
Ölçdükdə onun gedəcəyi yerə yaxın olduğunu gördülər və onun ruhunu
rəhmət mələkləri alıb apardılar”. Qatədə Həsənin belə dediyini rəvayət
edir: "Bizə deyildiyinə görə: "Bu adama ölüm gəlincə, o, sinəsiylə
(həmin tərəfə doğru) sürünmüşdür”. Həmçinin, Peyğəmbər salləllahu aleyhi
və səlləm demişdir: "Bir dəfə Allahın qullarından biri günah iş gördü
və: "Ey Rəbbim, mən günah iş gördüm, məni bağışla!”- dedi. Rəbbi öz
dərgahında buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və
onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram”. Bu adam
Allahın istədiyi qədər (günah işlətmədən) yaşadıqdan sonra yenə günah iş
gördü və: "Ey Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!”-
dedi. Allah buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və
onlara görə cəza verən Rəbbi vardır. Mən onu bağışlayıram”. Bu adam
Allahın istədiyi qədər yaşadıqdan sonra bir daha günah iş gördü və: "Ey
Rəbbim, mən yenə günah iş gördüm, günahımı bağışla!”- dedi. Allah
buyurdu: "Mənim qulum bilir ki, onun günahları bağışlayan və onlara görə
cəza verən Rəbbi vardır. Mən onu üç dəfə bağışladım. (Bundan sonra)
istədiyini edə bilər”. Yəni insan günahlarına görə hər dəfə Allahdan
bağışlanma dilədikdə Allah onu bağışlayır. Başqa bir hədisdə Peyğəmbər
demişdir: "İblis Rəbbinə dedi: "İzzətinə və Ucalığına and olsun! Nə
qədər ki, Adəm övladlarının ruhları bədənlərindədir, mən onları
azdırmaqdan əl çəkməyəcəyəm”. Allah buyurdu: "İzzətimə və Ucalığıma and olsun! Nə qədər ki, onlar Məndən bağışlanma diləyəcək, Mən onlarıbağışlayacağam!”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!