İslamın qadın barədə baxışı

İslamın qadın barədə baxışı
Qadın və Din
10.09.2017 20
İslam bütün gücü ilə qadınların hüquqlarını qoruyur.

1.İslama görə qadın həqiqi insan olaraq kişi və qadın cütlüyündən yaranmışdır.O,insana xas olan bütün xüsusiyyətlərə malikdir.İnsaniyyət məfhumu baxımından kişinin qadına nisbətən heç bir imtiyazı yoxdur.



Allah –təala öz kəlamında belə buyurur:
-"Ey İnsanlar!Biz sizi kişi və qadın olaraq yaratdıq"(Hücyrat:13)

Bir sıra ayələrdə vurğulanır ki,insanlar hamısı bir növdəndir.

2.Qadın kişi kimi cəmiyyətin tam hüquqlu üzvüdür və onun şəxsiyyət kimi öz haqqı vardır.


3.Qadın təbii qohumluq münasibətinə malik olduğu kimi,hüquqi baxımdanda qanuni qohumluq haqqına malikdir.


4.Oğlan övlad olduğu kimi,qızda övladdır.Buna görə də qadın dakişi kimi qohumluq münasibətinə uyğun vərəsəlik hüququna malikdir.


5.Qadın düşüncə baxımından müstəqil olmaqla öz həyatında istədiyi qərarı çıxara bilər,şəriət hüdudunda öz istək və seçiminəə görə ərə gedə bilər,ər və yaatanın himayəsində olsa da azad yaşaya və qanuni peşə seçə bilər.


Qadının mestəqilliyi əməli baxımdan təmin olunur,onun işi və zəhməti ehtirama layiqdir.
Qadın sahibkar ola bilər,öz sərvətini kişinin başçılığı və müdaxiləsi olmadan idarə edə bilər.O,eyni zamanda öz malını,fərdi və ictimai hüquqlarını müdafiə edə bilər.
Qadın məhkəmədə kiminsə zərərinə və ya nəfinə şahidlik edə bilər.Onun təkcə cinsi münasibət istisna olmaqla,bütün məsələlərdə əri üçüç gördüyü işlərin dəyəri vardır.
6.Kişinin qadın üzərində hökmranlıq etmək hüququ yoxdur və  kişilər haqqında edilən zülm və haqsızlıq cəzalandığı kimi,qadınlar barəsində edilən zülm də cəzalanır.

7.Qadın dini-mənəvi şəxsiyyətə malik olmaqla axirət səadətindən məhrum deyil.Ancaq başqa din və məzhəblərdə bu yöndə ayrıseçkilik vardır,belə ki,onlar qadını şeytan,Allahın rəhmətindən ümidsiz bir məxluq kimi tanıyarlar. 


Allah yenə buyurur:

-"Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünya və axirətdə) xoş 

həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə müjafatlarını verəcəyik.”(Nəhl:97)

-"İstər kişi, istərsə də qadın olsun,Mən heç birinizin məlini puşa çıxarmaram ”(Ali-

İmran:195)

İnsan istər kişi istər qadın olsun ,təkcə təqva baxımından üstün sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!