Salam verməyin əhəmiyyəti

Salam verməyin əhəmiyyəti
Qadın və Din
10.09.2017 33
Salam vermək əslində dua etməkdir: Allah səni əmin-amanlıq içində
saxlasın, xətadan, bəladan qorusun, şərdən, pis əməldən uzaq tutsun.
Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, salam verib salam almaq insanlar
arasında sevgini, səmimiyyəti artırır. Ona görə də, təkcə salam verib
salam almaq yox, salam verib salam almağı təbliğ etmək lazımdır.



Salam verməyin ən qısa şəkli belədir: "əs-Salamu-Aleykum”, yəni sizə
salam olsun. Salam almağın ən qısa şəkli isə belədir: "və Aleykum
Salam”, yəni sizə də salam olsun. "əs-Salamu-Aleykum” deyənə eyni cavabı
qaytarmaqdansa, "və Aleykum Salam” demək daha doğrudur.



Bəzən birisi "əs-Salamu-Aleykum və Rəhmətullah” deyir. Yəni Allahın
salamı və mərhəməti sizin üzərinizə olsun. Peyğəmbərimiz buyurur ki,
salama ya eyni dərəcədə, ya da daha çox söz və ya daha çox dua ilə cavab
vermək lazımdır, yəni bu cür salam verən birisinə ya "və Aleykum Salam
və Rəhmətullah” kimi, ya da"və Aleykum Salam və Rəhmətullah və
Bərəkətihu” kimi cavab verilməlidir.



Yuxarıda ifadə etdiyimiz kimi, salam vermək Peyğəmbərimizin bizə
buyuruğudur. Əgər ciddi bir səbəb varsa, onda salam verməmək günah
deyil, əgər ciddi bir səbəb yoxsa, onda salamı almamaq günahdır. Çünki
salamı almamaq həm salamı verənə, həm də salamın Sahibinə, yəni Allaha
qarşı hörmətsizlikdir. Əgər birisi otağa daxil olub oradakı hər
kəsə "əs-Salamu Aleykum” deyərsə, içəridəkilərdən bir nəfərin o salamı
alması kifayətdir. Təbii ki, əgər istəsə, hər kəs cavab verə bilər.
Ədəbə görə, müsəlmanlar görüşəndə də, ayrılanda da salamlaşmalıdırlar.
Görüşərkən salamdan əvvəl heç bir şey deyilməməlidir. Əvvəlcə salam
verilib-alınmalı, sonra məsələyə keçilməlidir. Görüşüb salamlaşarkən əl
sıxmaq da Peyğəmbərimizin buyurduğu xoş əməllərdəndir.



Yuxarıda dediyimiz kimi, salam verib, salam almaq Peyğəmbərimizin
buyuruğudur. Yəni, salamda hər şey gözəldir. Salamlaşmaq sevgidir,
salamlaşmaq səmimiyyətdir, salamlaşmaq xeyirxahlıqdır.
Salamlaşmaqxeyir-dua etməkdir, salamlaşmaq əmin-amanlıq arzulamaqdır,
salamlaşmaq xeyir-bərəkət diləməkdir. Bir yerdə rastlaşarkən adətən
kiçiyin böyüyə salam verməsini gözləyirik. Əslində isə kiçiyin birinci
salam verməsi ədəb, böyüyün birinci salam verməsi isə təvazökarlıqdır.
Kim birinci salam versə, o, daha çox qazanar. İslam əxlaqında dillə
salam vermək mümkün olduğu halda, əllə, başqa sözlə əl işarəsi ilə salam
vermək doğru hesab olunmur. Ancaq salam verdiyin adam səndən
uzaqdadırsa və verdiyin salamı eşitməyəcəyindən əminsənsə, dillə salam
verməklə yanaşı əllə, başqa sözlə, əl işarəsi ilə də salam vermək olar.
 
Salam verin, salam alın, salamı həyatınızın ayrılmaz parçasına
çevirin ki, elə bu duada buyurulduğu kimi onun əmin-amanlığını,
mərhəmətini, xeyir-bərəkətini görəsiniz...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!