Allah insanın abrının qorunmasına böyük önəm verir

Allah insanın abrının qorunmasına böyük önəm verir
Qadın və Din
10.09.2017 35
Allah Təala Rəhman və Bağışlayandır. İnsanların sonsuz günahlarını əfv
edir. Onlara yeni fürsətlər verir. Çünki bəndələrinin abrı Onun üçün çox
mühümdür. Ona görə Allah icazə vermir ki, bir insan baqşasının abrını
aparsın. Bu çirkin əməli həmişə məzəmmət edir.



Allah Səttarul-uyub olduğu kimi bəndələrindən də başqalarının eyblərini
gizlətməyi istəyir. Bəndələrinə icazə vermir ki, başqalarının yanında
günahını etiraf etsin. Pis işlərini bəyan etsin. Bizim hər bimizin
minlərlə eyblərimiz vardır. Minlərlə pis əxlaqımız vardır. Ancaq görürük
ki, ətrafımızda olanların bizim haqqımızdakı düşüncələri fərqlidir.
Bizi elə adlarla çağırırlar ki, özümüzü ona layiq bilmirik. Bu zaman
görürük ki, Allah bizim abrımıza nə qədər əhəmiyyət verir.



İmam Əli (ə) "Kumeyl” duasında buyurur: "Nə qədər çirkin işlər görmüşəm, onu gizlətmisən. Nə qədər layiq olmadığım sifətləri dillərə salmısan”.



Biz həyatımızda bu cür halların çox şahidi olmuşuq. Dəfələrlə
başqalarının tərifi qarşısında xəcalət çəkmişik. Əgər Allah istəsəydi
ki, ətrafımızdakılar bizi olduğumuz kimi tanısınlar, rüsvay olardıq.
Ancaq bu bizik ki, naşükrlük edir və Allahın bu nemətinin qədrini
bilmirik. Ancaq bəziləri bu tərifdən əksinə, yanlış nəticə çıxardıb,
özlərini mühüm şəxsiyyət hesab edirlər. Belə hesab edirlər ki, bu qədər
tərifə layiqdirlər. Bu qürur və təkəbbür çox qorxuludur.



İmam Əli (ə) bu yolda bizə yardım edər və başqalarının hüsnü-zənni qarşısında nə etməli olduğumuzu bizə bəyan edir: "O kəsin ki, sənə yaxşı gümanı var, gümanını (əməlinlə) təsdiq et”.



Bəzən dostlar bir-birinin səxavətinə bel bağlayaraq, onun haqqında hüsnü-zənn edir və ondan yardım diləyir. Bu zaman İmam (ə) bizə buyurur ki, onun bu gümanını boşa çıxartmamaq üçün əməldə ona yardım et.



İnsan bu yolla başqalarının problemlərini həll edər, başqa bir tərəfdən
isə şəxsiyyətini inkişaf etdirmiş olacaqdır. İnsanların onun haqqında
olan gümanını isbat edər. Bu hüsnü-zənn adətən yaxşı əməl sahibləri üçün
hasil olar.



Alimlərin bəzisi deyir: "Əgər kiminsə ona qarşı sui-zənni yaranarsa,
yəni onun paxıl və pis əxlaqlı olduğunu güman edərsə, bu zaman da
sui-zənni yaxşı əməllə inkar etmək olar. Necə ki, yaxşı əməllə
hüsnü-zənni təsdiq etmək olur”.



Bu əməlin iki faydası vardır: Həm insanların hüsnü-zənnini təsdiq edər, həm də bu hüsnü-zənlə insanları xeyir işlərə tərəf cəlb edər.



Beləliklə deyə bilərik ki, Allah bizim eyiblərimizi gizlətdiyi kimi,
biz insanlar da gərək din qardaşlarımızın eyib və nöqsanlarını gizlədək.
Onların hüsnü-zənnini əməldə təsdiq edək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!