Maraqlıdır

Maraqlıdır
Qadın və Din
10.09.2017 59
 

Duaların qəbul olmamasının 10 səbəbi.Bir zamanlar Basra vilayətinin xalqı ibrahim Edhem həzrətlərinə müraciət edərək dualarını qəbul olmadığından şikayət etmişlər.Halbuki Cənabı Haqq duaların qəbul olunacağına dair vədi vardır, deyincə Ibrahim Edhem həzrətləri cavab olaraq buyurmuşdur:-Sizin on şeydən ətrafı ürəkləriniz ölmüşdür. Təbiətiylə dualarınız qəbul olunmaz.Birincisi: Siz Allahı bilirik deyirsiniz də onun haqqlarını heç əda etmirsiniz.İkincisi: Sizlər Quran oxuyursunuz və lakin Quran ilə əməl etmirsiniz.Üçüncüsü: Sizlər, biz Rəsulullahı sevirik, deyərsiniz də sünnəs(n)i rəsulullah ilə heç əməl etməzsiniz.Dördüncüsü: şeytan düşmanımızdır. Bunu bildiyiniz halda ona uyğun gəlməkdən imtina etmirsiniz.Beşincisi: Cənnəti sevirik deyərsiniz də, cənnətə girməyə layiq olmağa işləməyirsiniz.Altınçısı: Siz Cəhənnəmdən qoruyuruq deyirsiniz, lakin onun atəşindən heç də qaçtığınız yoxdur.Yeddincisi: Hamınız Ölüm haqqdır deyib də ölüm üçün heç bir hazırlıq Etməmisiniz.Səkkizincisi: Insanın eyibləriylə məşğul olursunuz da, öz eyiblərinizi tərk edib onları aradan qaldırmağa çalışmazsınız.Doqquzuncusu: Allahın nemətlərini yeyərsiniz, lakin o nemətlərə qarşılıq Allaha şükür etməzsiniz.Onuncusu: Ölülərinizi dəfn edirsiniz də, heç ibrət götürmürsünüz.
Çox çirkin səs..
 
Mövlana Həzrətləri bir gün tələbələrinə dərs deyərkən onlardan soruşur:- Allah (c.c.) Quranda ən çirkin səsin uzunqulaq səsi olduğunu buyurur. Sizcə, o qədər heyvanların arasında uzunqulaq səsinin ən pis səs olaraq göstərilməsinin hikməti nədir?Tələbələr sualın cavabını yenə Mövlanadan gözləyirlər.Mövlana:- Hər heyvanın özünəməxsus zikri, təsbihi var. Məsələn, dəvənin böyürməsi, aslanın kükrəməsi, milçəyin və arının vızıldaması onların zikrləridir. İnsanların zikri və təsbihi olduğu kimi mələklərin də zikrləri var. Halbuki, biçarə uzunqulaq sadəcə iki dəfə anqırır: acıyanda və cinsi yaxınlıq istədikdə. Demək ki, uzunqulaq şəhvətinin və mədəsinin əsiridir. Könlündə Allaha (c.c.) sevdası olmayan, sadəcə mədəsini və şəhvətini düşünən insanın səsi də Allah (c.c.) qatında uzunqulaq səsi kimidir və ya daha aşağıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!