Namaz qılmayan Cənnətə girə bilərmi?

Namaz qılmayan Cənnətə girə bilərmi?
Qadın və Din
10.09.2017 10
Günümüzdə bir çox insanlar yaxşılıq etmək, ürəyi təmiz olmaq, paxıllıq etməmək və s. yaxşı əməllərin Cənnətə girmək üçün kifayət olduğunu, namazın isə vacib olmadığını düşünürlər. Halbuki Uca Allah və onun Rəsulu namazı əmr etmiş və bunu əvəz edəcək heç bir əməl olmadığını bizə açıq-aydın bildirmişlər. Uca Allah buyurur:

"Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir” (əl-Ənkəbut surəsi, 45).

Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü insanın ilk soruşulacağı əməl namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar”. (Tirmizi, 413, Nəsai 1/232, Əbu Davud, 864).

O, həmçinin demişdir: "Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa, Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə də onu bağışlayar". (Əbu Davud 1276).

Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59)

"(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43).



Digər bir hal isə şeytanın insanlara "hələ vaxta var, sonra namaz qılarsan" - deyə təlqin edərək aldatmasıdır. Əslində kimdən "sabah başına pis hadisə gəlməyəcəyinə zəmanət verə bilərsənmi?" soruşsaq, "Xeyr" cavabını verər. Bu xüsusda Uca Allah buyurur:



"Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır." (Loğman, 34)



"Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!" – deməmişdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin. Bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Münafiqun, 10-11)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!