Həyat yoldaşınız üçün dua edin

Həyat yoldaşınız üçün dua edin
Qadın və Din
10.09.2017 3
Heç bilirsinizmi ki, həyat yoldaşınız üçün dua etmək müştərək həyatın şirin olmasına nə qədər təsir edir?



"Allahım! Hər gün ərimin sağlamlığını və rahatlığını artır". "Allahım,
xanımıma yardım et ki, ağır məsuliyyətlərinin öhdəsindən gələ bilsin".

Bəs siz həyat yoldaşınız üçün hansı duaları edirsiniz? Heç dua
edirsinizmi? Nə zaman həyatınızda problem yaransa? Ya nə zaman yadınıza
düşsə?

Son bir neçə ildə psixoloqlar həyat yoldaşları arasında olan rabitəni
tədqiq edən zaman duanın təsiri barədə daha çox məlumat əldə etməyə
çalışmışdılar. Bu tədiqiqatın nəticəsi çox maraqlı olmuşdur. Belə ki,
əgər insan davamalı olaraq dilində və ürəyində həyat yoldaşı üçün dua
edərsə, müştərək həyatın ömrünü uzadar və onu daha şirin edər. Yəqin ki,
sizə də maraqlıdır necə?



1. Həyat yoldaşı üçün dua etmək fədakarlığı artırar. O kəslər ki, öz
həyat yoldaşları üçün dua edərlər, həyatda daha çox fədakar olarlar. Bu
fədakarlıqlarından ləzzət alarlar. Biz həyat yoldaşımız üçün dua edən
zaman əslində özümüz üçün hədəf təyin etmiş oluruq. Yəni, müştərək ailə
həyatımızın qorunmasını istəyərik. Ona görə də özümüzü dəyərsiz işlərlə
məşğul etmərik. Onun yerinə enerjimizi məsuliyyətlərimizi yaxşı yerinə
yetirməyə sərf edərik. Misal üçün, əgər həyat yoldaşımızın müvəffəq bir
insan olması üçün dua ediriksə, onun üçün lazım olan mühiti də
hazırlamağa cəhd edərik. Bu hədəfə görə bəzi şəxsi istəklərimizdən
keçmiş olarıq. Biz həyat yoldaşımıza görə dua edərək əslində özümüzdən
başqasını görməyə başlayar və onun istəklərinə dəyər verməyə çalışarıq.
Bu da bizi təkəbbürdən uzaqlaşdırar və güzəştli olmağımıza yardım edər.



2. Həyat yoldaşımıza görə dua etmək ailə münaqişələrini azaldar. O kəs
ki, davamlı olaraq həyat yoldaşı üçün dua edər, müştərək həyatda
gərginlik yaradan amillərdən çəkinər. O zaman ki, münaqişə yaranar onu
asan şəkildə həll edər. Qəzəbini daha yaxşı kontrol edər və özünü
sakitləşdirməyi bacarar.



3. Həyat yoldaşı üçün dua etmək ailə məsuliyyətini artırar. O kəslər
ki, həyat yoldaşı üçün dua edər, müştərək həyatda daha məsuliyyətli
olar. O zaman ki, dua edə, Allahı xatırlayar və məsuliyyətlərini yada
salar. Bu hiss onu xatadan qoruyar. Allahın müştərək həyat üçün qoyduğu
vəzifələri ən yaxşı şəkildə yerinə yetirməyə çalışar. Biz bir şey
haqqında dua edən zaman həmin şeyə diqqətimizi toplayar və diqqət
edərik. Nəticədə həyat yoldaşımız üçün etdiyimiz dua sayəsində şeytani
fikirlər bizi tərk edər və həyat yoldaşını aldatmaq meylləri azalar.

Ona görə də əgər müştərək həyatdan ləzzət almaq istəyirsinizsə, hər gün ən azı bir neçə dəqiqə həyat yoldaşınız üçün dua edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!