Çox qəribədir!

Çox qəribədir!
Qadın və Din
10.09.2017 16
Xeyriyyə təşkilatına bağışlayacağımız 100 manat gözümüzə çox böyük
görünür. Amma bazara gedərkən o 100 manat çox az gəlir. Çox qəribədir!



ALLAH yolunda bir saat çalışmaq vaxt kimi bizə çox uzun gəlir.
Amma həmin zamanı əyləncəyə həsr etdikdə nə qədər qısa olduğunu
düşünürük. Çox qəribədir!



Quran oxumaq üçün əziyyət çəkirik. İki yüz səhifəlik bir romanı oxumaq isə nə qədər asandır. Çox qəribədir!



Quranda yazılanları çək-çevir edirik. Eyni zamanda qəzetlərdə yazılanlara o dəqiqə inanırıq. Çox qəribədir!



Namaz qılarkən oxuyacağımız ayələrdə çaşırıq. Amma bir dostumuzla danışanda bül-bül kimi ötürük. Çox qəribədir!



İslami bir fəaliyyətə vaxt ayırmaq çətin olur. Lakin başqa sosial dərnəklərə asanlıqla zaman ayırırıq. Çox qəribədir!



Bir-iki Quran ayəsi əzbərləməyə çox vaxt və cəhd lazım olur. Bir
mahnının sözlərini isə az müddətdə əzbərləyirik. Çox qəribədir! 



Ən xırda problemimiz barədə saatlarla, bəzən hətta günlərlə
düşünürük. Amma axirət həyatı, qiyamət günü barədə düşünmək ağlımıza
belə gəlmir. Çox qəribədir!



Həyatımızı sanki əbədiymiş kimi yaşayırıq. Halbuki, hamımız çox yaxşı bilirik ki, bir gün öləcəyik. Çox qəribədir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!