Kasıblıq müsəlmana yaraşırmı?

Kasıblıq müsəlmana yaraşırmı?
Qadın və Din
10.09.2017 23
Allah-Təala elmi istəyənə, sərvəti istədiyinə verər. Bu da bir imtahandır, hikmətini də Özü bilər. Amma bərəkətin harada olduğunu da Ondan başqa kimsə bilməz. Birisi əlində-ovcunda olan-qalan nəyi varsa Allah yolunda sədəqə verir, birisi də onun verdiyinin min qatını. Allah-Təala verilənin azına-çoxuna deyil, verənin səmimiyyətinə baxar.



Hər şeyin Sahibi olan Allah-Təala özünə yer üzündə xəlifə olaraq yaratdığı insana lazım olan bütün nemətləri onun ətrafına düzüb. Qurani-Kərimdə bildirildiyi kimi, göylər və yerlər, Günəş, Ay, ulduzlar, heyvanat və nəbatat insan üçündür. Allah-Təala hətta insana lazım olanlardan da çox şeylər yaradıb bu yer üzündə. Hikmətini Özü bilir, amma bizə də nəyin halal, nəyin haram olmasını bildirərək sanki onlarla bizi imtahana çəkir. Hər şey insan üçündür, insan isə Allaha itaət və ibadət üçün. İnsanlığın mahiyyəti budur. O ki qaldı insana halal buyurulmamışlara, bu haqda bircə onu deyə bilərəm ki, halal qılınmışlar insana zövqlü bir həyat yaşaması üçün artıqlaması ilə kifayətdir. Harama meyil etmək artıq o insanın fitrətində hansısa deformasiyaların başladığından xəbər verir.   



***Adam var, çox bədgümandır, ayağının altındakı çuxuru, düşüb öləcəyi quyunu görmür, uzaqlarda təhlükə axtarır. Yəni səhərdən axşama qədər alıb-aldatmaqla, başqalarının haqqını tapdamaqla məşğul olduğu halda, övladlarının 20 il sonra nə ilə yaşayacaqlarından narahatdır. Ümumiyyətlə, bu mövzu bizim üçün çox aktualdır və hər addımbaşı rastlaşdığımız mənzərədir. Bu gününü doğru-düzgün yaşamadığı halda, sabahından əndişələnmək Allaha güvənməməkdir. Çoxları elə bilir ki, oturduğu kreslo, yaşadığı ev, banklardakı pullar... hamısı onundur. Amma bu dünyada var-dövləti ilə ad çıxarıb, sonradan aclıq içində ölən o qədər insan olub ki...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!