Aşura qiyamının hədəfləri (1)

Aşura qiyamının hədəfləri (1)
Qadın və Din
10.09.2017 39
Keçən bəhslərimizdə Aşura hadisəsi və imam Hüseynin (ə) qiyamı barədə müəyyən sualları açıqlayıb, imkan daxilində bu mövzu ətrafında söhbətlər aparmışdıq. Belə əzəmətli və misilsiz bir tarixi hadisə ətrafında yaranan suallardan biri də, imam Hüseynin (ə) bu qiyamdakı hədəfləri barəsindədir. "O həzrətin bu qiyamı etməkdə məqsədi, dinin dirçəldilməsi və ümmətin islah olunması idi” sözlərini dəfələrlə eşitmişik. Amma ümumi şəkildə qarşıya çıxan bu sualdan doğan bir neçə qaranlıq nöqtələr də mövcuddur ki, onların haqqında da bəhs etmək zəruridir. Onlar aşağıdakılardan ibarətdir:

İmam Hüseynin (ə) bu hərəkatının tə`siri ilə sonradan hansı islahatlar baş verdi?

Bu islahatların həyata keçirməlisi məhz bu yolla olmalı idimi?

Belə bir üslubun həyata keçirilməsi dinin dirçəldilməsində rol oynadımı?

Görəsən imam Hüseyn (ə) öz hədəfinə, məqsədinə nail ola bildimi?

Öz qiyamı ilə İslam hökumətini və müsəlman ümmətini islah edə bildimi?

İctimai qanunsuzluqların qarşısını ala bildimi?



Bu suallar ətrafında imkan daxilində bəhs etməyə çalışacağıq.

İmam Hüseynin (ə) qiyamının səbəbini o həzrətin öz kəlamlarından eşidib başa düşək deyə, əvvəlcə bir neçə cümlə o həzrətin buyurduqlarından yad edəcək, daha sonra qeyd olunan məsələlər haqda geniş söhbətə başlayacağıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!