Aşura qiyamının şəraiti (2)

Aşura qiyamının şəraiti (2)
Qadın və Din
10.09.2017 12
Əvvəlki bəhsimizdə müsəlmanların dinə e᾿tiqadlı olması, namaz qılıb-oruc tutması, cihad etməsinə baxmayaraq, birdən-birə Hüseyn ibn Əlini (ə) faciəli surətdə şəhid etmələrinin səbəbləri barədə söhbət etdik. Bu məsələnin daha da aydınlaşması üçün bir daha geri qayıdıb, İslam tarixinin ilk illərini səhifələməliyik. Bu məqsədlə keçən bəhsimizdə İslam ölkəsinin Əli əleyhissəlamın şəhadətindən sonra, Müaviyə zamanından başlamış, Yezidə qədər olan dövri vəziyyətinə qısa da olsa, işarə etmişdik. Söylədiklərimizin xülasəsi bu oldu ki, Müaviyə öz əsrinin tanınmış şəxsiyyətləri arasında fövqəladə, şeytani siyasətdə xüsusi iste᾿dada malik olan bir sima idi. Belə ki, ona "ərəbin dahisi” ləqəbi verilmişdi. Hətta siyasətdəki məharət və bacarığı o həddə dillər əzbəri olmuşdu ki, belə deyirdilər: "Müaviyədə olan siyasət Əli əleyhissəlamda yoxdur. Əgər olsaydı, Müaviyəyə qalib gələrdi! Hökumət də Müaviyənin əlinə keçməzdi”. Bəlkə də Əli əleyhissəlamın aşağıdakı sözləri deməsi bununla əlaqədardır: "Allaha and olsun ki, Müaviyə siyasətdə, tədbirdə, fərasətdə məndən üstün deyildir. Mənim yolumu kəsən təqvadır. Buna görə də istədiyim işləri görə bilmirəm”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!