Sonsuz Nur Peyğəmbərimizdən bir örnək

Sonsuz Nur Peyğəmbərimizdən bir örnək
Qadın və Din
10.09.2017 12
Bir gün Peyğəmbər Əfəndimiz xanımı Safiyə anamızla yol gedirdi. İki səhabə iti addımlarla gəlib onların yanından keçir. Peyğəmbər Əfəndimiz onları çağıraraq saxlayır, sonra da Safiyə anamızın üzündəki örtüyü açaraq deyir:



- Baxın, bu xanımım Safiyədir.



Səhabələr:

- Əstəğfürüllah, ya Rəsulullah. Biz sənin haqqında sui-zənnə düşdükmü? - deyirlər.



Peyğəmbərimiz belə buyurur:

- Şeytan insanların qanının dolaşdığı yerdə dolaşır.



Bəzi İslam alimləri bu hadisəni şərh edərkən deyirlər ki, əgər bu iki səhabə Peyğəmbərimiz haqqında sui-zənnə düşsəydilər, kafir olardılar, amma bu hadisədə əsas məqam o deyil, Peyğəmbərimizin sui-zənnə zərrə qədər də əsas verməməsidir. Hər kəsə məlumdur ki, Peyğəmbərimizin həyatının hər pərdəsi, hər görüntüsü bir örnək tablosu idi. Əgər o kimdənsə bir şey soruşurdusa, öyrənmək üçün soruşmurdu, öyrətmək üçün soruşurdu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!