Quranın azəricə tərcüməsi - Nuh surəsi

Quranın azəricə tərcüməsi - Nuh surəsi
Qadın və Din
10.09.2017 1
"Nuh" surəsi, 28 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: "Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!"



2. O dedi: "Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!



3. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!



4. Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!"



5. O dedi: "Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.



6. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.



7. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.



8. Sonra mən onları aşkarcasına dəvət etdim.



9. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib



10. dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!



11. O, sizin üzərinizə bol-bol yağış göndərər,



12. var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.



13. Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?



14. Axı O sizi mərhələlərlə yaratdı.



15. Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?



16. Ayı bir nur, günəşi də çıraq etmişdir.



17. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.



18. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.



19. Allah yeri sizin üçün xalı təki döşədi.



20. Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz".



21. Nuh dedi: "Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.



22. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər



23. və özlərinə tabe olanlara dedilər: "Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!"



24. Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma".



25. Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.



26. Nuh dedi: "Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!



27. Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.



28. Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır".скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!