Yer üzərində yol gedən ən pis insan

Yer üzərində yol gedən ən pis insan
Qadın və Din
10.09.2017 17
Söz gözdirmək - kəbirə günahlardandır və Allah ona görə ağır əzab vəd etmişdir.



Allah Təala buyurur: "Allahın (tövhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır". ("Rəd" 25).



Bu ayənin buyurduğu kimi, söz gəzdirmək və bir nəfərdən eşitdiyini başqasına söyləmək cəmiyyətdə nifaqa və fəsada səbəb olar. Ona görə də söz gəzdirən insan böyük günah işlətmiş və Allahın qəzəbinə səbəb olmuş olar.



İmam Sadiq (ə) buyurur: "Sehrin ən böyük hissəsi nəmmamidir (söz gəzdirmək) ki, onun vasitəsilə dostlar arasına ayrılıq salar. Həmrəng olan insanlar arasında səfa yerinə, düşmənçilik yaradar. Söz gəzdirməyə görə qanlar tökülər və evlər xarab olar. Nəmmam (söz gəzdirən) - yer üzərində yol gedən ən pis insandır".



Həzrət Peyğəmbər (s) buyurur: "Sizləri özünüzün ən pisi ilə agah edimmi?". Deyirlər ki, bəli. Buyurur: "Onlar ki, söz gəzdirməyə gedirlər və dostlar arasına ayrılıq salırlar və pak insanlar üçün eyb axtarırlar".



İmam Baqir (ə) buyurur: "Behişt - söz gəzdirməyə gedən yalanqoşan üçün haramdır".



Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim iki nəfər arasında söz gəzdirmək üçün hərəkət edər - Allah qəbrində atəşi ona hakim edər ki, onu yandırsın. Qəbrindən çıxan zaman böyük və qara rəngli ilanı ona hakim edər ki, ətini yesin o zamana qədər ki, cəhənnəmə daxil olar".



Bəni-İsrayil qəhətliyə düçar olur və Həzrət Musa (ə) Allahdan yağış istəyir. Vəhy gəlir ki, sənin və səninlə bir yerdə olanların duasını qəbul etməyəcəyəm. Çünki sizin aranızda nəmmam (söz gəzdirən) vardır ki, söz gəzdirməkdən əl çəkmir. Musa (ə) deyir: "Allahım, o şəxs kimdir ki, onu özümüzdən uzaqlaşdıraq?". Buyurur: "Mən sizə söz gəzdirməyi qadağan edirəm, başqasının sirrini necə aça bilərəm ki?". Ona görə də ümumi tövbə etdilər və həmin kəs də tövbə etdi. Onlara yağış yağdı".



Bəli, o kəs ki, başqasının eybini sənə söyləyirsə, əmin ol ki, sənin də eybini başqalarına söyləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!