Quranın azəricə tərcüməsi - Əl qiyəmə surəsi

Quranın azəricə tərcüməsi - Əl qiyəmə surəsi
Qadın və Din
10.09.2017 14
"Qiyamət (əl qiyəmə)" surəsi, 40 ayə,

Məkkədə nazil olub.



Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. And içirəm Qiyamət gününə!



2. And içirəm peşmançılıq çəkən nəfsə!



3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.



4. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.



5. Lakin insan bundan sonra da günah etmək fikrindədir.



6. O: "Qiyamət günü nə vaxt olacaq!"– deyə rişxəndlə soruşur.



7. Gözlər bərələ qalacağı,



8. ay tutulacağı



9. və günəşlə ayın qovuşacağı zaman –



10. o gün insan deyəcəkdir: "Hara qaçaq?"



11. Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.



12. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.



13. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.



14. Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;



15. üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.



16. Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!



17. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.



18. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.



19. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.



20. Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,



21. Axirətdən isə uzaqlaşırsınız.



22. O gün neçə-neçə üzlər nurlanacaq



23. və öz Rəbbinə baxacaqdır.



24. O gün neçə-neçə üzlər də tutulub qaralacaq,



25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.



26. Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;



27. "Ovsunu kim oxuyacaq?"– deyiləcəkdir.



28. Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,



29. və baldır baldıra dolaşacağı zaman –



30. o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.



31. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.



32. Haqqı da yalan saydı və üz döndərdi.



33. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.



34. Vay sənin halına, vay!



35. Yenə də vay sənin halına, vay!



36. Bəlkə insan özbaşına qoyulacağını güman edir?



37. Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?



38. Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.



39. Ondan da bir cüt kişi və qadın yaratdı.



40. Məgər O, ölüləri diriltməyə qadir deyil?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!