Quranın azəricə tərcüməsi - Əl infitar surəsi

Quranın azəricə tərcüməsi - Əl infitar surəsi
Qadın və Din
10.09.2017 12
"Parçalanma ( əl infitar)" surəsi, 19 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Göy parçalanacağı zaman,



2. ulduzlar səpələnəcəyi zaman,



3. dənizlər daşıb bir-birinə qarışacağı zaman,



4. qəbirlər çevriləcəyi zaman,



5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.



6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?



7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.



8. Səni istədiyi şəklə saldı.



9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!



10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –



11. çox möhtərəm, əməllərinizi yazanlar.



12. Onlar sizin nə etdiklərinizi bilirlər.



13. Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.



14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.



15. Onlar ora Haqq-hesab günü girəcəklər.



16. Onlar əsla ondan yayına bilməyəcəklər.



17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?



18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?



19. O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!