Quranın azəricə tərcüməsi - Əl inşiqaq surəsi

Quranın azəricə tərcüməsi - Əl inşiqaq surəsi
Qadın və Din
10.09.2017 27
"Yarılma (əl inşiqaq)" surəsi, 25 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Göy yarılacağı



2. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;



3. Yer dümdüz ediləcəyi,



4. içindəkiləri kənara atıb boşalacağı



5. və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;



6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!



7. Kimin kitabı sağ əlinə veriləcəksə,



8. o, yüngül sorğu-suala tutulacaq



9. və sevincək öz ailəsinə qayıdacaqdır!



10. Kimin kitabı arxa tərəfindən veriləcəksə,



11. o özünə ölüm diləyəcək



12. və alovlu oda atılacaqdır!



13. Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi



14. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.



15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.



16. And içirəm şəfəqə,



17. gecəyə və onun ağuşuna aldıqlarına,



18. bədirlənmiş on dörd gecəlik aya!



19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.



20. Onlara nə olub ki, iman gətirmirlər



21. və onlara Quran oxunduqda səcdə etmirlər?



22. Əksinə, küfr edənlər haqqı yalan sayırlar.



23. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!



24. Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,



25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!