Quranın azəricə təcüməsi - Əl ğaşiyə surəsi

Quranın azəricə təcüməsi - Əl ğaşiyə surəsi
Qadın və Din
10.09.2017 24
"Bürüyən (əl ğaşiyə)" surəsi, 26 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Aləmi Çulğalayanın xəbəri sənə gəlib çatdımı?



2. O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,



3. üzülüb əldən düşəcək,



4. çox qızmar oda girəcək,



5. qaynar çeşmədən içirdiləcəkdir.



6. Onlara daridən başqa bir yemək verilməyəcəkdir.



7. O onları nə doydurar, nə də aclıqdan xilas edər.



8. O gün neçəsinin üzündə fərəh görünəcək,



9. dünyadakı səylərindən məmnun qalacaq,



10. uca Cənnətdə olacaq,



11. orada faydasız söz eşitməyəcəkdir.



12. Orada axar çeşmələr vardır;



13. Orada hündür taxtlar,



14. düzülmüş piyalələr,



15. yan-yana qoyulmuş yastıqlar,



16. və döşəmələrə sərilmiş xalçalar vardır.



17. Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?



18. Göyün necə yüksəldiyini görmürlər?



19. Dağların necə sancıldığını görmürlər?



20. Yerin necə döşədildiyini görmürlər?



21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.



22. Sən onların üstündə hökmdar deyilsən.



23. Lakin üz döndərib küfr edəni,



24. Allah ən şiddətli əzabla cəzalandırar.



25. Şübhəsiz ki, onların dönüşü Bizədir.



26. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!