Quranın azəricə tərcüməsi - Əş şəms surəsi

Quranın azəricə tərcüməsi - Əş şəms surəsi
Qadın və Din
10.09.2017 17
"Günəş (əş şəms)" surəsi, 15 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. And olsun günəşə və onun saçdığı şəfəqə!



2. And olsun ondan sonra zühur edən aya!



3. And olsun günəşi açıqlığa çıxardan gündüzə!



4. And olsun günəşi bürüyən gecəyə!



5. And olsun göyə və onu qurana!



6. And olsun yerə və onu döşəyənə!



7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,



8. ona günahları və Allahdan qorxmağı təlqin edənə!



9. Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.



10. Onu günaha batıran isə ziyana uğramışdır.



11. Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.



12. Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda



13. Allahın elçisi onlara dedi: "Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!"



14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.



15. Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!