Quranın azəricə tərcüməsi - Əd duha surəsi

Quranın azəricə tərcüməsi - Əd duha surəsi
Qadın və Din
10.09.2017 32
"Səhər (əd duha)" surəsi, 11 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. And olsun səhərə!



2. And olsun sakitləşən gecəyə!



3. Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.



4. Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.



5. Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.



6. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?



7. Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?



8. Kasıb olduğun zaman səni varlandırmadımı?



9. Elə isə yetimə xor baxma!



10. Səndən kömək diləyəni qovma!



11. Və Rəbbinin nemətindən danış.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!