Quranın azəricə tərcüməsi - Əl adiyat surəsi

Quranın azəricə tərcüməsi - Əl adiyat surəsi
Qadın və Din
10.09.2017 7
"Çapanlar (əl adiyat)" surəsi, 11 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. And olsun tövşüyə-tövşüyə çapanlara!



2. And olsun dırnaqları ilə qığılcım çıxaranlara!



3. And olsun sübh çağı həmlə edənlərə ki,



4. hücuma keçib tozanaq qaldıraraq



5. qoşunun içərisinə soxulurlar.



6. Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.



7. Özü də bunun şahididir.



8. Həqiqətən, o, var-dövlətə çox hərisdir.



9. Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı



10. və kökslərdə olanlar aşkar ediləcəyi zaman –



11. məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!