Quranın azəricə tərcüməsi - Əl qariə surəsi

Quranın azəricə tərcüməsi - Əl qariə surəsi
Qadın və Din
10.09.2017 14
"Qorxuya salan (Əl qariə)" surəsi, 11 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Qəlbləri Qorxuya salan!



2. Qəlbləri Qorxuya salan nədir?



3. Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?



4. O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.



5. Dağlar isə didilmiş yun görkəmi alacaqdır.



6. O gün kimin tərəziləri ağır gələrsə



7. xoşbəxt güzəran sürəcək.



8. Kimin tərəziləri yüngül gələrsə,



9. anası Haviyə olacaqdır.



10. Sən haradan biləsən ki, o nədir?



11. O, çox qızmar bir oddur!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!