Quranın azəricə tərcüməsi - Ət təkəsur surəsi

Quranın azəricə tərcüməsi - Ət təkəsur surəsi
Qadın və Din
10.09.2017 14
"Çoxluğa hərislik (ət təkəsur)" surəsi, 8 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,



2. gömülməklə qəbirləri ziyarət etdiniz.



3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!



4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!



5. Xeyr! Kaş ki, yəqin biləydiniz.



6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!



7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!



8. Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!