Quranın azəricə tərcüməsi - Əl əsr və əl huməzə surəsi

Quranın azəricə tərcüməsi - Əl əsr və əl huməzə surəsi
Qadın və Din
10.09.2017 36
"Axşam çağı (əl əsr)" surəsi, 3 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. And olsun axşam çağına!



2. Həqiqətən, insan ziyan içərisindədir.



3. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.



"Tənə edən (əl huməzə" surəsi, 9 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!



2. O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır



3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.



4. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır.



5. Sən haradan biləsən ki, Hütəmə nədir?



6. Bu, Allahın qaladığı Oddur.



7. O Od ki, qalxıb ürəklərə çatacaq.



8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.



9. Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!