Peyğəmbərin (s) Fatiməyə (s.ə) hədiyəsi

Peyğəmbərin (s) Fatiməyə (s.ə) hədiyəsi
Qadın və Din
10.09.2017 7
Peyğәmbәrin (s) qızına Zәhra (s.ә) tәsbihindәn başlayaraq miras qoyduğu vә bir çox tarix kitablarında da nәql olunan bir­birindәn dәyәrli mәnәvi sovqatlarla yanaşı, Allahın göstәrişi ilә Ona, zahirdә maddi bir bәxşiş kimi görünsә dә, әslindә, çox mühüm tarixi әhәmiyyәt kәsb

edәn bir hәdiyyә dә vermişdi;

Әllamә Cәlalәddin Siyaquti nәql edir; > ayәsi nazil olandan sonra Peyğәmbәr (s) Fatimәni (s.ә) çağırdı vә "Fәdәk" adlanan әrazini ona

hәdiyyә etdi.

Әlbәttә, "Fәdәyin qәmli tarixçәsi" fәslindә qeyd edәcәyimiz kimi, Fәdәyin Fatimәyә (s.ә) hәdiyyә edilmәsi sadә bir mәsәlә deyildi. Bu, bir

tәrәfdәn Әlinin (ә) vilayәt mәsәlәsinә mәnәvi vә maddi dayaq idisә, digәr tәrәfdәn, bu ailәnin uca mәqamını tәsbit edәn mühüm bir sәnәd idi.

Amma o zamanın hakim rejimi bu mәtlәbi yaxşı dәrk etdiyi üçün demәk olar ki, Peyğәmbәrin (s) vәfatından dәrhal sonra saxta hәdisә

söykәnәrәk, Fәdәyi Fatimәtuz­Zәhranın (s.ә) әlindәn alıb, ümumi büdcәyә (beytül­mal) qatdı. Bu hadisә özü­özlüyündә uzun vә qәmli bir

qәmli dastandır. İslamın ilk illәrinin, Peyğәmbәrdәn (s) sonra qopan fırtınanın araşdırılıb tәhlil edilmәsi üçün istinad edilәsi vacib bir

sәnәddir.

Allahım! Bizi bu böyük xanımın, atasının, hәyat yoldaşının vә övladlarının (hamısına Allahın salamı olsun!) mәhәbbәtilә yaşat, onların mәhәbbәti ilә mәhşәrә apar!

İlahi! Bizlәri onların mәktәbinin dinlәyicisi et! Hidayәt nurlarıyla hidayәtә yetişmәkdә vә sәmәrәli yolların yolçusu olmaqda müvәffәq et!

Amin, ya Rәbbәl­alәmin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!