Quranın azəricə tərcüməsi - Əl kəfirun və Ən nəsr surəsi

Quranın azəricə tərcüməsi - Əl kəfirun və Ən nəsr surəsi
Qadın və Din
10.09.2017 12
"Əl kəfirun"surəsi, 6 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. De: "Ey kafirlər!



2. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,



3. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.



4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,



5. siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.



6. Sizin dininiz sizə, mənim dinim də mənədir!"





"Kömək (ən nəsr)" surəsi, 3 ayə,

Mədinədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Allahın köməyi və qələbə gəldiyi zaman,



2. insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə



3. həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!