Quranın azəricə tərcüməsi - Əl məsəd və Əl ixlas surəsi

Quranın azəricə tərcüməsi - Əl məsəd və Əl ixlas surəsi
Qadın və Din
10.09.2017 7
"Xurma lifi (əl məsəd)" surəsi, 5 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da!



2. Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək.



3. O, alovlanan oda atılacaqdır.



4. Onun odun şələsi daşıyan arvadı da.



5. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır.

 



"Səmimi etiqad (əl ixlas)" surəsi, 4 ayə,

Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



1. De: "O Allah Təkdir!



2. Allah Möhtac deyildir.



3. O, nə doğub, nə doğulub,



4. Onun bənzəri də yoxdur".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!