Quranın azəricə tərcüməsi - Əl fələq və Ən nəs surəsi

Quranın azəricə tərcüməsi - Əl fələq və Ən nəs surəsi
Qadın və Din
10.09.2017 70
"Sübh (əl fələq)" surəsi, 5 ayə,

Mədinədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



 1. De: "Sığınıram sübhün Rəbbinə!



2. Məxluqatının şərindən,



3. çökən zülmətin şərindən,



4. düyünlərə üfürən cadugər qadınların şərindən



5. və həsəd aparan zaman paxılın şərindən!"





"İnsanlar (ən nəs)" surəsi, 6 ayə,

Mədinədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!



 1. De: "Sığınıram insanların Rəbbinə,



2. insanların Hökmdarına,



3. insanların məbuduna!



4. Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən.



5. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,



6. cinlərdən də olur, insanlardan da!"скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!