Bir ayə bir açıqlama: Yasin surəsi, 81

Bir ayə bir açıqlama: Yasin surəsi, 81
Qadın və Din
10.09.2017 11
Məgər göyləri və yeri yaradan
onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi)
yaradan, (hər şeyi) bilən Odur! (Yasin surəsi, 81) Hər şeyi istədiyi anda yaratmağa qadir olan uca Allah bu ayədə sonsuz yaratma gücünü bizə bildirir.

Allah hər şeyin Yaradanı kimi bütün
varlıqların yeganə sahibidir. Göyləri və yeri yaradan Allah istəsə,
onların bənzərini də yaradar. Buludları
Allah hərəkət etdirir, küləkləri Allah əsdirir, Günəşə temperaturu və
işığı Allah verir, quşları havada Allah saxlayır, toxumu Allah cücərdir.
Bitkilərə Allah fotosintez etdirir, planetləri orbitində Allah hərəkət
etdirir. İnsanlar bu cür hadisələrin fiziki qanunlar, cazibə qüvvəsi,
aerodinamika və bənzər maddi amillərlə əmələ gəldiyini zənn edirlər.
Halbuki bəzilərinin unutduğu mühüm bir həqiqət var: bütün fiziki
qanunları da Allah yaradıb. Kainatda yeganə qüdrət sahibi Allah’dır.

Biz yatarkən, oturarkən, yeriyərkən, heç
ağlımıza gətirmədikdə belə, Allah kainatda mövcud olan bütün sistemlərin
hamısını an-an yaradır. Varlığımızın davam etməsi üçün baş verən
proseslərin hər biri Allah’ın nəzarəti altındadır. Kiçik addım
atmağımız, habelə yerin cazibə qüvvəsindən dayaq-hərəkət sistemimizə,
sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta Yerin
fırlanma sürətinə qədər hər şey Allah’ın həssas yaratmasından asılıdır.

Allah istədiyini istədiyi şəkildə və
zamanda yoxdan yaradandır. Hər cür qüsurdan uzaqdır, heç nəyə möhtac
deyil. Allah’ın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə
ehtiyac yoxdur. Allah bütün bu səbəblərin yaradanı kimi bunların heç
birindən asılı deyil.

Göylərin və yerin Rəbbi olan Allah
istədiyi təqdirdə bu səbəbləri də aradan qaldıra bilər. Ona görə, insan
Allah’ın böyüklüyünü, qüvvətini düşünərkən öz duyğu orqanları və ağlı
çərçivəsində düşünərsə, yanılar. Biz Allah’ın istədiyi ölçüdə öyrənirik.

Allah üçün yaratmaq çox asandır. Bunun
üçün ayələrdə bildirildiyi kimi sadəcə "Ol” əmrini verməsi kifayətdir.
Allah kainatdakı bütün qanunları Özü həyata keçirir və onları istədiyi
formaya salır. Allah istədiyini istədiyi anda həyata keçirir. Allah
göydə və yerdə olan hər şeyi əhatə edir, qüdrəti ilə hər şeyə hakimdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!