Səcdeyi-səhv

Səcdeyi-səhv
Qadın və Din
10.09.2017 35
Məsələ 1222: İki halda namazın salamından sonra insan gərək iki səcdeyi-səhv sonradan deyiləcək göstərişlə yerinə yetirsin:

1. Təşəhhüdü unutsa.

2. Səhih şəkklərin dördüncü qismində deyildiyi kimi, dörd rəkətli
namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə
altı rəkət qıldığında şəkk edərsə.

Üç halda isə, ehtiyat-vacibə əsasən səcdeyi-səhv lazımdır:

1. Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına
baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq
yerinə yetirildiyini bilirsə.

2. Namaz əsnasında səhvən danışsa.

3. Namazın salamını verməli olmadığı yerdə məsələn birinci
rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması
lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə
səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd
oxuması lazım olan yerdə səhvən ayağa qalxarsa, ehtiyat-müstəhəb budur
ki, iki səcdeyi-səhv etsin. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq
və azlıq üçün iki səcdeyi-səhv etməsin. Bu bir neçə surətin hökmləri
gələcək məsələlərdə izah olunacaq.

Məsələ 1223: Əgər insan səhvən
və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən iki
səcdeyi-səhv yerinə yetirsin.

Məsələ 1224: Öskürəkdən yaranan səs
üçün, səcdeyi-səhv vacib deyil. Amma səhvən nalə çəksə, ya «ah» çəksə
və ya «ah» desə, gərək ehtiyat-vacibə əsasən səcdeyi-səhv etsin.

Məsələ 1225: Əgər bir şeyi səhv oxuduqdan sonra, ikinci dəfə səhih oxusa, ikinci dəfə oxumaq üçün səcdeyi-səhv vacib deyildir.

Məsələ
1226: Əgər namazda səhvən bir neçə kəlmə danışsa və onların hamısının
mənşəyi bir səhv olsa, namazın salamından sonra bir cüt səcdeyi-səhv
kifayətdir.

Məsələ 1227: Əgər səhvən təsbihati-ərbəəni deməsə, ehtiyat-müstəhəb budur ki, namazdan sonra iki səcdeyi-səhv etsin.

Məsələ
1228: Namazın salamının verilməməli olduğu bir yerdə səhvən «Əssəlamu
ələyna və əla ibadillahis-salihin» və ya «Əssəlamu ələykum» deyərsə,
hərçənd «Və rəhmətullahi və bərəkatuh» deməsə də, ehtiyat-lazıma əsasən
iki səcdeyi-səhv etməsi lazımdır. Amma əgər səhvən «Əssəlamu ələykə
əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh» deyərsə, ehtiyat-müstəhəbə
əsasən, iki səcdeyi-səhv yerinə yetirməlidir. Amma əgər iki hərf yaxud
salamdan artıq deyərsə, ehtiyat-vacibə əsasən iki səcdeyi səhv etsin.

Məsələ 1229: Əgər salam verməməli olduğu yerdə, səhvən hər üç salamı desə, iki səcdeyi-səhv kifayətdir.

Məsələ
1230: Əgər bir səcdə, yaxud təşəhhüdünü unutsa və sonrakı rəkətin
rükusundan əvvəl yadına düşsə, gərək qayıdıb yerinə yetirsin və namazdan
sonra ehtiyat-müstəhəbə əsasən yersiz qiyam üçün bir cüt səcdeyi-səhv
yerinə yetirsin.

Məsələ 1231: Rükuda və ya rükudan sonra, əvvəlki
rəkətin təşəhhüdünü və ya səcdəsinin birini unutduğunu xatırlayarsa,
namazın salamından sonra səcdəni qəza etməlidir. Təşəhhüd üçün isə iki
səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ 1232: Əgər səcdeyi-səhvni
namazın salamından sonra qəsdən yerinə yetirməsə, günah etmişdir.
Ehtiyat-vacibə əsasən, gərək nə qədər tez olsa əmələ gətirsin, əgər
səhvən əmələ gətirməsə, hər vaxt yadına düşsə, gərək təcili yerinə
yetirsin. Namazı yenidən qılması lazım deyil.

Məsələ 1233: Əgər səcdeyi-səhvin vacib olub-olmamasında şəkk etsə, yerinə yetirməsi lazım deyil.

Məsələ 1234: Əgər insan, ona iki, yaxud dörd səcdeyi-səhv vacib olmasında şəkk etsə, ikisi kifayətdir.

Məsələ
1235: Əgər səcdeyi-səhvndən birini yerinə yetirmədiyini bilərsə və onu
düzəltməsi aradan çox vaxt keçdiyinə görə mümkün olmasa ya bilə ki,
səhvən üç səcdə yerinə yetirib, yenidən iki səcdeyi-səhv yerinə
yetirməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!