Hansı halda həya etmək lazım deyil?

Hansı halda həya etmək lazım deyil?
Qadın və Din
10.09.2017 34
Əllamə Məclisi buyurur: "Həya - o mələkədir ki, çirkin işlərdən çəkinməyə səbəb olur".



Həyanın dəyəri.

Həzrət Peyğəmbər (s) həyanı
möminin zinəti hesab edir və buyurur: "Həyasızlıq heç bir şeylə birlikdə
olmamışdır, məgər o halda ki, onu çirkin edər. Həya heç bir şeylə
birlikdə olmamışdır, məgər o halda ki, onu bəzəyər".

İmam Əli (ə) buyurur: "Həyalı ol ki, həya - nəcibliyin nişanəsidir".

İmam Sadiq (ə) həyanı gözəl əxlaqın başında qərar verir və
buyurur: "Gözəl əxlaqda biri o birisindən asılıdır. Allah onu kimə
istəsə verər. İnsanlarla sadiq olmaq, düz danışmaq, yoxsula əta etmək,
əmanətdarlıq, sileyi-rəhm, qonşu ilə dostluq və mehribanlıq,
qonaqpərvərlik və hamısının başında - həya".

İmam Əli (ə) buyurur: "Həya hər bir gözəlliyə və yaxşılığa çatmaq vasitəsidir".

İmam Sadiq (ə) buyurur: "İmanı yoxdur o kəsin ki, həyası yoxdur".

Həyanın növləri.

Həzrət Peyğəmbər (s) buyurur: "Həya və xəcalətin iki növü vardır:
Ağıl həyası (aqilcəsinə), cahil həyası (cahilcəsinə). Aqil həya - elm və
bilikdəndir, cahil həya - nadanlıqdandır".

Aqil həya odur ki, insan ağlı ilə həya edəcəyini hiss edər. Günaha
düçar olan zaman, hörmət etməli olduğu insanların qarşısında. Bu, elmlə
olan həyadır.

Cahil həya odur ki, insan soruşmaqdan, öyrənməkdən, hətta ibadət
etməkdən həya edər. Bu, cahilcəsinə olan həyadır. Bu cür həya İslam
dinində məzəmmət olunmuşdur və bəyənilmir. Çünki insanın inkişaf
etməsinə və kamala çatmasına mane olur.

Həyaya mane olanlar.

1. Pərdələri götürmək. İmam Kazım (ə) buyurur: "Qardaşınla özün
arasında olan pərdəni aradan götürmə və ondan bir azını saxla. Çünki onu
götürmək - həyanı götürməkdir".

2. İnsanlara əl açmaq. İmam Sadiq (ə) buyurur: "İnsanlara ehtiyac əlini uzatmaq - izzəti və həyanı aparar".

3. Çox danışmaq. İmam Əli (ə) buyurur: "Hər kim çox danışar, çoxlu
xata edər. O kəs ki, çoxlu xata edər, həyası azalar. O kəsin ki, həyası
azalar - təqvası az olar. O kəsin ki, təqvası azalar - ürəyi ölər".

4. Şərab içmək. İmam Rza (ə) buyurur: "Allah Təala şərabı haram
buyurmuşdur, çünki şərab məhv edəndir. Ağılları haqqı tanımaqda batil
edər, həyanı və xəcaləti insanın simasından aparar".

Həyanın faydaları.

1. İffətə səbəb olar. İmam Əli (ə) buyurur: "Həyanın səmərəsi - iffətdir".

2. Günahların pak olması. İmam Səccad (ə) buyurur ki, hər kim
Allahın və insanların yanında çirkin sayılan şeydən həya edərsə
günahları pak olar.

Bu yerdə həya etmək lazım deyildir.

1. Allahdan istəməkdən, Allahla danışmaqdan həya etmək. Peyğəmbər
(s) buyurur: "Heç bir əməli riya və özünü nümayiş etdirmək üçün yerinə
yetirmə. Həya və xəcalətə görə onu tərk etmə".

2. Təhsil almaqdan. İmam Əli (ə) buyurur: "Heç kəs bilmədiyini öyrənməkdən həya etməsin".

3. Halal ruzi qazanmaqdan. İmam Sadiq (ə) buyurur: "O kəs ki,
halal ruzi istəməkdən həya etməz, xərci yüngül olar, Allah onun ailəsini
Öz nemətlərindən bəhrələndirər".

4. Qonağa qulluq etməkdən. İmam Əli (ə) buyurur: "Üç şey vardır
ki, ona görə həya etmək olmaz: o cümlədən qonağa xidmət etməkdən".

5. Başqalarına hörmət etməkdən. İmam Əli (ə) buyurur: "Üç şey
vardır ki, ona görə həya etmək olmaz: o cümlədən ata və müəllim üçün
yerindən ayağa qalxmaqdan".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!