Bunu oxuyun ki, hacətləriniz yerinə yetirilsin

Bunu oxuyun ki,  hacətləriniz yerinə yetirilsin
Qadın və Din
10.09.2017 13
"Nəml" sözü - "qarışqa" mənasındadır. 

Bu
surənin adı onun 18 ayəsindən götürülmüşdür. Bu surə ən çox məaddan,
ölümdən sonrakı həyatdan, beş İlahi peyğəmbərdən (ə), Həzrət Süleymandan
(ə), Səba mələkəsindən, qarışqanın, hud-hudun danışmasından bəhs edir.
93 ayəsi vardır ki, Məkkədə nazil olmuşdur. 

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim "Nəml" surəsini qiraət edərsə,
Allah Həzrət Süleymanı (ə) təsdiq və inkar edənlərin sayının on bərabəri
qədər və həmçinin Hud (ə), Şueyb (ə), Saleh (ə) və İbrahim (ə)
peyğəmbərləri təsdiq və inkar edənlərin sayı qədər ona həsənə verər. O
qəbrindən o halda xaric olar ki, "Lə iləhə illəllah" zikrini dilində
deyər".

Bu surənin bərəkətləri.

 

1. Evin zərərli heyvanlardan amanda qalması. Həzrət Peyğəmbər (s)
buyurur: "Əgər "Nəml" surəsini ahunun dərisinə yazsanız və evinizdə
qərar versəniz heç bir ilan, əqrəb, qurd, vəhşi it, əziyyət verən
canavar evinizə yaxın durmaz".

 

2. Böyük hacətin yerinə yetməsi. Əgər hacətinin yerinə yetməsini
istəyirsinizsə, bu surənin 62-ci ayəsini 12 min dəfə oxuyun və həmin
həftə məqsədinə çatarsınız.

 

3. Diş ağrısını azaldar. İmam Baqir (ə) buyurur: "Əgər diş ağrısına
düçar olmusunuzsa, əlinizi üzərinə qoyun və "Həmd", "İxlas" surəsini
oxuyun və ondan sonra "Nəml" surəsinin 88-ci ayəsini oxuyun. Bir daha o
ağrıya düçar olmayacaqsınız".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!