Həyatı ondan öyrənək

Həyatı ondan öyrənək
Qadın və Din
10.09.2017 15
Həyatımızdakı
xətaların, qüsurların ən böyük səbəblərindən biri odur ki, biz öz
Peyğəmbərimizi (s.ə.s.) lazımınca tanımırıq. O, elə bir örnək, O elə bir
ucalıqdır ki, görüb-tanıyanın sevməməsi, aşiq olmaması mümkün deyil. O,
yaşayan Qurandır, yəni Quranın istədiyi insan həyatını görmək istəyən
Onun həyatına baxsın. O, qüsursuzdur, O, günəşdən parlaq, aydan
nurludur. Ondan öyrənən, Onun kimi olmaq istəyən əsla zərər görməz. Ona
görə də Onun uca əxlaqına baxmaq, oradan öyrəndiklərini həyata tətbiq
etmək insana başucalığı gətirər. 



Sevimli
Peyğəmbərimiz (s.ə.s.) sözləri və işləri ilə daima xeyir və fəziləti
tərənnüm etmişdi. O, səltənət, hökmranlıq eşqində deyildi. Təvazökarlıq
və sadəlik onun xasiyyətinin əsasını təşkil edirdi. Əshabına deyərdi:
"Xristianlar Həzrəti İsanı həddindən artıq təriflədikləri kimi, siz də
məni mədh etməkdə çox irəli getməyin. Mən Allahın bir quluyam. Mənim
haqqımda Allahın qulu və Rəsulu deyin".



Bir
dəfə Həzrəti Peyğəmbərimiz əsasına dayanaraq qohum-əqrəbasının yanına
gəldi. Hamı ayağa qalxdı. O, bu hərəkətdən razı qalmadı və nəsihət
edərək bu sözləri söylədi: "Yadların bir-birinə təzim üçün elədiyini siz
mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın".



O, ətrafındakı adamlarla şirin-şirin söhbət edər, bəzən hətta onlarla
zarafatlaşardı. Gördüyü uşaqları sevər, onların başına sığal çəkər,
kiçikləri qucağına alardı. Azad insan, kölə, varlı, kasıb - kim
olursa-olsun, bütün insanlar onun nəzərində bərabər idi. Hamı ilə
hal-əhval tutar, xətirini soruşardı. Mədinənin kənar məhəllələrindəki
xəstələrə baş çəkməyə gedərdi. Rastlaşdığı adamların ona salam verməsini
gözləmədən özü onlara salam verərdi. "Aranızda salamlaşmağı yayın ki,
bir-birinizi sevəsiniz", - deyərdi. Namaz qıldığı zaman belə, birisi
onun yanına bir iş üçün gəldiyi zaman namazını qısa kəsərək onu
gözlətməz, istədiyini öyrənərdi. Hamıya gülər üzlə, şirin dillə cavab
verərdi. Dodaqlarında daima xoş bir təbəssüm olardı.



Ailə
həyatında da gözəl rəftarı ilə hamının könlünü alar, heç kimi
incitməzdi. Evində boş oturmaz, ya pal-paltarını təmizləyər, başmağını
yamayar, ya da qoyunlarını öz əli ilə sağardı. Heç işsiz oturmazdı.
Həzrəti Xədicə ona:



- Ya Əbülqasım, özünü yorma, evdə iş görənlər var, sən dincəl, - deyərdi.



O, sevimli zövcəsinin bu iltifatından məmnun qalar və ona belə cavab verərdi:



- Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.



Sevgi,
məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı
olan insan gördüyü zaman qəlbi sızlayar, özü və ailəsini bir tərəfə
qoyub ona əlindən gələn yardımı edərdi. Ona əl açanları geri çevirməz,
evində, eşiyində olan-qalan nə varsa verərdi. Hətta özündə veriləcək bir
şey olmayanda borc alıb verərdi.



Haqqa köçdüyü zaman zirehi bir yəhudidə girov idi.



Son
dərəcə təvazökar idi. Xədəməsi ilə yemək yeyər, oturub söhbət edərdi.
Evinə gələn qonaqlara özü xidmət edərdi. Həbəşistan kralı tərəfindən bir
heyət gəlmişdi. Onlara özü xidmət etməyə başlayanda ətrafdakılar etiraz
etdilər.



- Bəsdir, ya Rəsulullah, - dedilər.



-
Bunlar bizim əshabı-kirama çox hörmət etdilər, ilk mühacirləri yaxşı
qarşıladılar. Mən onlara bunun əvəzini şəxsən vermək istəyirəm.



O,
belə vəfalı bir adam idi. Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən
çox mərhəmətə möhtac olan sinfinə - yoxsullara və zavallılara qarşı
qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük
fəzilət hesab edərdi. Xüsusi ilə kiçik uşaqları çox istəyərdi. Namaz
qılanda Qızlarının kiçik uşaqları üstünə dırmaşar, O, onlara hirslənməz,
bir şey deməzdi.



Onn
sevgisi yalnız insanları əhatə edən bir sevgi deyildi. O, heyvanlara,
bütün canlılara qayğı ilə yanaşardı. Qapısını cırmaqlayan pişiyə öz əli
ilə qapı açardı. Xəstə xoruzu sağaltmaq üçün müalicə edər, atını
tumarlayaraq sevərdi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib
verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının
bundan ötrü əzab görəcəyini söyləmişdi. Bitki və ağac məhəbbətini də
xüsusilə tövsiyə edirdi. Susuz qalmış bir ağaca su tökən insana
Allah-Təalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının
sevgiyə möhtac olduğunu təkrar edərdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!