Doğru danışmaq

Doğru danışmaq
Qadın və Din
10.09.2017 8
Uca Allah buyurur: "Ey
iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O,
əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun
Elçisinə itaət etsə, böyük bir uğur qazanar” (əl-Əhzab, 70-71)

İnsan nə qədər doğru sözlü olarsa və əməlləri ilə sözlərini
təsdiqləyərsə, Allaha bir o qədər yaxın olar. Peyğəmbər (ona Allahın
salavatı və salamı olsun) de­miş­dir: "Doğ­ru­ söz danışın! Çünki
doğruluq (adamı) yaxşı işlər görmə­yə yö­nəldir. Yaxşı işlər isə
(adamı) Cənnətə aparır. Həqiqətən, adam o qə­dər doğru danışır ki,
nəhayət, Allah yanında doğruçu sayılır. Yalan da­nış­maqdan çəkinin!
Çünki yalan (adamı) günah işlərə yönəldir. Gü­nah işlər isə (adamı)
Cəhənnəmə aparır. Həqiqətən, adam o qədər yalan da­nışır ki, nə­hayət,
Allah yanında yalançı sayılır”. (əl-Buxari "Ədəbul-Mufrad” 386).

Peyğəmbər belə buyurur: "Altı
şeyi (ye­rinə yetirəcəyinizə dair) mənə zəmanət verin, Cənnətə
girəcəyinizə dair sizə zəmanət ve­rim: danışdığınız zaman düz danışın,
vəd verdikdə onu yerinə yetirin, sizə əmanət ve­ri­lərsə, onu yiyəsinə
qaytarın, ayıb yerlərinizi zinadan qoruyun, gözünüzü (haram
bu­yuru­lanlardan) çevirin və bir də əlinizlə heç kəsə əziyyət verməyin”
(İbn Hib­ban, 107).

Doğru danışanlar haqda Uca Allah Quranda buyurur: "Allah dedi: "Bu,
doğru da­nışan­la­ra doğruluqlarının fay­da ve­rəcəyi gün­dür! Onlar
üçün ağacları altından çay­lar axan və için­də əbədi qalacaq­ları
Cən­nət bağları hazırlan­mışdır. Allah on­­lardan razı­dır, onlar da
On­dan razıdır­lar. Bu, böyük uğur­dur” (əl-Maidə, 119).

Doğruluğun əksi yalandır. Dili yalan danışmaqdan qorumaq barədə
Peyğəmbər buyurur: "(Hər) səhər Adəm öv­ladı yuxudan oyandığı zaman onun
bütün əzaları dili qınayıb deyir: "Bizə olan münasi­bətində Allahdan
qorx! Çünki biz səndən asılıyıq. Sən düz olsan, biz də düzələrik, yox
əgər büdrəsən, biz də büdrəyərik” (ət-Tirmizi, 2407).

Yalan danışmağın qarşısını insan özü almalıdır, bu da yalnız Allahın əmrinə tabe olmaqla mümkündür. "Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun” (Tövbə, 119).

Yalan danışanlar Quranda təhdid edilmiş və onların Qiyamət günü
Cəhənnəmə düşəcəkləri bildirilmişdir. "Göylərin və yerin hök­m­ranlığı
ancaq Allaha məx­­sus­dur. O Sa­atın (Qiyamətin) gə­ləcəyi gün – məhz o
gün yalan danı­şan­­lar zi­ya­na uğ­­ra­ya­caq­lar” (əl-Casiyə, 27).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!