Adam namazda səhvini anlasa, nə etməlidir?

Adam namazda səhvini anlasa, nə etməlidir?
Qadın və Din
10.09.2017 52
Adam şam namazını səhvən 4 rükət qılsa və namaz bitdikdən sonra səhvini anlasa, nə etməlidir?



Namazın elə əməlləri var ki, onları etməyəndə və yaxud sayını
azaldıb-əskildəndə istər namazın içində, istərsə də sonra yadına
düşərsə, səhvini düzəldə bilər. Unutduğu əməli yerinə yetirməklə və ya
sonradan səhv səcdəsi etməklə bu kimi nöqsanlar aradan qalxır. Amma
namazın bəzi əməlləri rükn adlanır və onları həm qəsdən, həm də
bilməyərəkdən yerinə yetirməyəndə, sayını azaldıb-əskildəndə namaz batil
olur. Bu əməllərə "rükn" deyirlər.
Hər bir rükətdə mütləq rükn əməlləri var. Ona görə də əgər insan
məsələn 3 rükətlik namazı 4 rükət qılıbsa, deməli, rüknlərin sayını da
artırıb. Belə isə, namaz artıq batil sayılır və mütləq qəza edilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!